Yeni Azərbaycan Partiyasının 32-ci ildönümündə “91-lər”in nümayəndəsi Şahlar Əsgərov PA-nın sabiq rəhbərini ittiham etdi.
16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.
21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi. Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə “91-lər” olaraq düşüb.
Modern.az saytı Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü ərəfəsində “91-lər”in nümayəndəsi, eks-deputat Şahlar Əsgərovla həmsöhbət olub.
Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb: “O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş “91-lər”in 6 nəfəri akademikdir, aralarında onlarla professor var".
1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalı məktub hazırlayarkən bəzi şəxslər ora imza atmaq istəməyiblər. Məlumatlara görə, Heydər Əliyevə müraciət edən “91-lər”ə qoşulmaq istəməyənlər arasında akademik Ramiz Mehdiyev də olub.
Şahlar Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “91-lər”ə münasibətindən danışıb. Deyib ki, məhz onun sayəsində vaxtilə “91-lər” YAP-dan incik salınıb və tədricən uzaqlaşdırılıb: “Ümummilli lider Heydər Əliyev onlardan "sizin adınız niyə “91-lər” arasında yoxdur?" soruşanda deyirdilər ki, “cənab Prezident, sizi xalq çağırdı, biz də xalqın bir üzvüyük”. Amma bu fikir elmə ziddir. Xalq kütlədir, kütlə isə yaradıcı deyil. Yaradıcı olan fərdlərdir. “91-lər” yaradıcıdır, onlar Heydər Əliyevi çağırdılar. 1987-ci ildən 1991-ci ilə qədər Heydər Əliyev tənqid ediləndə xalq onu müdafiə etmədi. Deməli, ortada olan fərdlərdir. Amma onlar deyirdilər ki, “xalq sizi çağırdı, biz onların üzvləriyik”. Əlbəttə, Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün arxasında xalq dururdu, akademiklərin, professorların arasında xalq var idi. Amma xalq yaradıcı deyil. Xalqın beynində ideyanı əkməlisən, onu əkməsən bitməz. İdeyanı xalq yox, onun fərdləri yaradır və xalq xoşbəxt olur".
Ş.Əsgərovun sözlərinə görə, bu gün “91-lər”lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var: “O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: "Azərbaycan sizin sözünüzü gözləyir". Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı “91-lər” götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev “91-lər”in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.
“91-lər” Heydər Əliyevi təmənnasız müdafiə ediblər. “91-lər”in fəaliyyətinin təməlində təmənnasızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə gənclərlə görüş əhəmiyyətlidir".
Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil: “Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, "91-lər"in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır".
Aftv.az
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Gündəm
22, noy, 2024
12:19
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00