Bakı Fuad Nəcəflini təkzib edir: "Pullar düzgün xərclənmir!"

Gündəm
21, noy, 2024 11:28

Naxçıvana ayrılan pulların istifadəsi arzuolunmaz səviyyədədir”. Bu sözləri Milli Məclisdə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. O, konkret olaraq, Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına üçün ayrılan bu ilki vəsaiti nəzərdə tutub. Nazir bildirib ki, gələn ildən bu işlər məcrasına qoyulacaq.
Bu günlərdə isə, Fuad Nəcəfli açıqlama verərək, adı çəkilən proqramda nəzərdə tutulan işlərin plana uyğun getdiyini bildirmişdi. Onun sölərinə görə, ayrılan vəsaitlə kənd təsərrüfatı, iqtisadiyyat, su təminatı və digər sahələrdə mühüm işlər görülüb.
(Gündəlik Naxçıvan
TEREF)

Son xəbərlər