Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (“Respublikanski”) doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.
Bu barədə “Arqument.az”a həyat yoldaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Orucəli Ağayev məlumat verib.
Orucəli Ağayev deyir ki, həyat yoldaşı həkim səhlənkarlığı nəticəsində komaya düşüb və həkim bunu xəstə yaxınlarından gizlədib.
Onun sözlərinə görə, yoldaşı hamiləlik dövründə də məhz bu xəstəxanaya gedib: “Həkimi ginekoloq Almaz Qəhrəmanova idi. Hamiləlik normal keçdi. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürdü. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif etdilər. Uşaq sağlam doğuldu. Bundan sonra ana palataya köçürüldü. Bizimlə telefonla görüntülü danışaraq, normal olduğunu dedi. Amma 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”, – həyat yoldaşı belə deyir.
“Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm…”
Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: “Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır”.
“Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək”, – deyə Orucəli Ağayev bildirib.
“30-40 min manat pul lazımdır…”
Müharibə iştirakçısı deyir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər: “Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız “Liv Bona Dea” Hospitalı onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır. Mənim və ailəmin maddi durumu həmin xərcləri ödəməyə kifayət etmir”.
Günel Qəhrəmanova
Həkim xərcləri ödəməkdən imtina edib…
O. Ağayev qeyd edib ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürüb, amma sonrdan imtina edib: “Cəmi 1 gün xərcləri ödədi. Sonra dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər və həkim Günel Qəhrəmanova məsuliyyətə cəlb edilsin”.
Orucəli Ağayev kimdir?
Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir.
O, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir.
Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adıçəkilən həkim Günel Qəhrəmanova isə mediada gedən iddialara münasibət bildirməyib.
Xəstəxananın baş direktoru Elviz Qasımovun isə ölkə xaricində olduğu bildirilib.
Həkim G.Qəhrəmanova isə telefonlara cavab verməyib.
Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva da göndərilən sorğulara cavab vermir.
Bəs bütün bunlar niyə baş verir?
Uzun müddətdir ki, mediada xəstələr üçün “ölüm korpusu”na çevrilən “Respublikanski”dən şikayətlər səngimir, danışan, çağrış edən vətəndaşlardır, amma rəsmi qurumlardan reaksiya yoxdur. Səbəb baş direktor Elviz Qasımovun yüksək səviyyədə kimlərinsə himayəsində olmasıdır ki, bununla bağlı da dəfələrlə mediada məlumatlar tirajlanıb.
Xəstəxandakı mənbə deyir ki, “Respublikanski” adlanan “ölüm korpusu”nda anarxiya və özbaşınalıq hökm sürür, sanki bura onsuz da bərbad vəziyyətdə olan Azərbaycan səhiyyə sisteminin bir parçası deyil, Elviz Qasımovun şəxsi obyektidir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu olan Elviz Qasımovun digər daha yüksək vəzifəli himayəçilərinin olduğu barədə də məlumatlar var. Amma bu adıçəkilən iki şəxsin yaratdığı durum ölkənin ən böyük səhiyyə ocaqlarından birini şəxsi manufakturaya çevirib ki, hər şey bu iki şəxsin əlindədir.
Xəstəxanada bonus problemi…
“Arqument.az”a danışan həkimlərdən biri deyir ki, hər ay həkimlərə bonus şəkilində pul verilir, amma verilən verilən bonusların 50%-i kəsilir. Məsələn, bu ay may ayının bonusu verilib.
“Deməli, həkimlərə TƏBİB tərəfindən xüsusi kodlar verilir ki, apardıqları əməliyyatlar kodlaşdırılsın və bonusları alsınlar. Amma bu kodlar səhv verilib. Bütün həkimlərin bonusları kəsilir. Bu səhvi 1-2 həkim edə bilər, hamısı yox. Demək, bu, TƏBİB-in apardığı xüsusi siyasətdir ki, pullar yeyilir. Kimlərin şübhəsi varsa, “Respublikanski”nı yoxlasınlar. Dediklərimiz mütləq təsdiqini tapacaq, buna şübhəmiz yoxdur”, – deyə xəstəxananın əməkdaşı vurğulayıb.
Əminə Rüstəmova
Onun sözlərinə görə, kodlaşdırma ilə bağlı heç bir həkimə təlim keçirilməyib: “Hər həkimə ay ərzində Elvizin çox yaxını, hüquqşünas Əminə Rüstəmova müxtəlif bəhanələrlə izahat yazdırıb bonusları kəsir. Sanki onun işi hüquqşünaslıq yox, həkimlərin pulunu kəsməkdir. Təbii ki, bu tapşırıq Elviz Qasımov və Vüqar Qurbanovundur. Baxın, minlərlə ştat açıb, aylıq dövlətdən pul ödəyib işə qeydiyyatçılar götürülüb. Amma xəstə və əməliyyatları qeydiyyata almaq işini həkimlərə gördürürlər ki, həkimlər cərimələnsin, bonusla verilməsin”.
“Bu, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir”
“Elviz Qasımovun yarıtmaz idarəçiliyi bununla bitmir. Məsələn, gecə növbəsinə cəmi bir növbətçi həkim saxlanılır. Tutaq ki, urologiya, lor, üz-çənə, göz şöbəsi və bir həkim. Təsəvvür edin, gecə uroloji problemlə ağır xəstə gəlir, növbədə isə lor həkimidir. Görün, burada nə baş verir?! Və yaxud gözdə travma ilə xəstə gəlib, amma növbədə uroloqdur. Xəstənin vəziyyəti ağırdır, təcili müdaxilə olmasa xəstə gözünü itirə bilər. Bu zaman uroloq nə etməlidir?! Necə ki, doğum şöbəsinə göz həkimi çıxarsa… Budur Elvizin və Vüqarın səhiyyə siyasəti. Bu, sadəcə, səhiyyəni gözdən salıb, iflic etmək demək deyil, həm də insanların həyatı ilə oynamaqdır, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir. Xəstəxanada bu cür yanaşmanın nəticəsində ölüm halları artıb. Elviz Qasımov gələndən sonra statistikanı yoxlasalar, mənzərə hər kəsə aydın olacaq”, – deyə həkim baş verənləri təsvir etməyə çalışır.
Elviz Qasımov
Həkim deyir ki, növbətçi həkimlərə isə əlavə heç bir ödəniş edilmir, şikayət edənlər işdən çıxarılmaqla hədələnir: “Digər bir problem odur ki, Vüqar Qurbanov xəstəxanaya Elviz vasitəsilə xəbər göndərir ki, şöbə müdirləri əməliyyat edə bilməz. Deyəsən, bu elan olunmamış sərəncam ancaq “Respublikanski”yə aiddir. Çox müəmmalıdır ki, illər ərzində təcrübə yığmış həkimləri – şöbə müdirlərini əməliyyatdan uzaqlaşdırmaq hansı beynin məhsuludur?”
Şikayətçi qeyd edib ki, əvvəllər xəstəxanada yanğın təhlükəsizliyi ilə məşğul olan qurum olub, amma Elviz Qasımov gələndən sonra həmin qurum ləğv edilib, yanğına cavabdehlik öhdəliyi şöbə müdirlərinin üzərinə qoyulub: “Bunun da nəticəsində həkim yanğınsöndürmə qaydalarını mükəmməl bilmədiyindən şöbədə yanğın baş verdi. Amma Vüqar Qurbanov bunu təlim kimi qələmə verərək ictimaiyyətdən gizlətdi. Bu haqda video və foto sübutlar var. Hadisə bu ilin əvvəlində Lor şöbəsində (burun–boğaz) olmuşdu. Zərəçəkənlər də maddi dəstəklə susduruldu”.
“Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır?”
Onun sözlərinə görə, xəstəxanadakı dəhşətli mənzərə bununla bitmir, baş verənlər hətta orada çalışanları belə vahiməyə salır: “Təsəvvür edin, 4 otaqda əməliyyat gedir, yalnız 1 anestezioloq növbə çəkir. Əgər əməliyyat zamanı 2 xəstənin vəziyyəti pisləşsə, anestezioloq seçim edib ancaq bir xəstəni qurtara bilər. Digər xəstə isə keçinməlidir. Sonra da deyəcəklər ki, xəstənin vəziyyəti ağır idi, əməliyyatdan çıxmadı, öldü. Bu, cinayətdir. Buna sübut olaraq deyim ki, xəstəxanada anestezioloq Könül Namazova var, bütün xəstələrə o axır. Burada bir monopoliya yaradıblar. Monopoliyanı əldən verməmək üçün Könül doktorla əlbir olaraq anestezioloq çatışmazlığı kimi 4-5 əməliyyatın pulun tək alır. Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır? Yüzlərlə savadlı həkimlər işsizdir”.
Elviz Qasımovun kadr siyasətindən danışan həkim deyir ki, burada ciddi ayrı-seçkilik müşahidə olunur: “Həmkarların sədri Ədilə xanımı işdə çıxartdı. Çünki layiqli həmkar kimi həkimləri müdafiə edirdi. Yerinə Eldar Sərdarovu təyin etdi. Hansı fəaliyyətinə görə? Sadəcə, Elvizin əmrlərini yerinə yetirir. Daha sonra isə Eldar Sərdarovun həyat yoldaşı Neonatologiya şöbəsinə işə götürüldü. Amma çox vaxt işə gəlmir. Çünki Eldarın yoldaşıdır. Eldar isə Elvizin əmrlərini yerinə yetirən şəxsdir. Bu qədər sadə”.
Azərbaycan səhiyyəsini monopoliyaya alan “üçlük…”
Həkim deyir ki, Vüqar Qurbanovun yarıtmaz fəaliyyəti bütün səhiyyədə özünü göstərir. Belə ki, eyni mənzərə Nərimanov Tibb Mərkəzində də yaşanır, yəni Qurbanov öz yaxın dostlarını himayə etməklə səhiyyə sistemini mövcud qanunlarla deyil, özünün formalaşdırdığı qaydalarla idarə edir: “Azərbaycanda səhiyyə sistemində çalışan hər kəs kəs bu üçlükdən cana doyub, sadəcə, səslərini çıxara bilmirlər. Kimdir bu üçlük? TƏBİB-in rəhbəri Vüqar Qurbanov, “Respublikanski”nin rəhbəri baş direktoru Elviz Qasımov və onun yaxı dostu, Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov”.
“Məsələn, elə götürək baş direktor Fazil Alməmmədovu. Onun həyat yoldaşı Aygün Alməmmədova Nərimanov Tibb Mərkəzinin mətbuat xidmətinin müdiridir, amma işə çıxmadığı heç kimə sirr deyil. Çünki ayın çoxunu xaricdə, səyahətdə olur, amma bunu başqası etsə, yəqin ki, ağır cəzalandırılacaq və işdən çıxarılacaq”, – deyə həkim bildirib.
İddialarla bağlı adıçəkilən şəxslər və qurumlar indiyədək mövqe bildirməsələr də, onlara cavab haqqı tanıyırıq.
Aftv.az
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Gündəm
19, noy, 2024
11:53
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30