Goranboy rayonu ərazisində fəaliyyət göstərən və ötən illər ərzində fəaliyyəti daha çox tənqid olunan idarə, müəssisə və təşkilatlar içərisində rayonun Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin adı daha çox hallanır. Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumu ilə bağlı, xüsusilə həmkarlar ittifaqı ilə yaşanan problemlərə aid indiyə kimi ayrı-ayrı media qurumlarında tənqidi məqalələr yayımlanıb. Məlumatlara görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrrəm Quliyev, 5 aprel 2019-cu il tarixdən indiyə kimi hər bir vəzifə sahibinə fəaliyyətini günün tələbləri səviyyəsində davam etdirməyi dönə-dönə tapşırmışdır. Buna baxmayaraq, hələ də vəzifə sahibi olan bəzi şəxslər, o cümlədən Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi iş fəaliyyətində müəyyən “axsamalar”a yol verməkdədir.
Məsələn, rayondan cumhuriyyet.az-a daxil olan məlumatlara görə, Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə şəxslər var ki, onların adları Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə aid ştat cədvəlində gedir, amma həmin şəxslər (söhbət 3 nəfər şəxsdən gedir) bu gün tamam başqa sahədə işləyirlər. Deməli, Daşqın Hacıyev rəhbərlik etdiyi sahədə hər cür maxinasiyalara qol qoyur və icra başçısı cənab Məhərrrəm Quliyevin verdiyi tapşırıqları saya salmır.
Daşqın Hacıyev bir müddət öncə Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib və həmin məbləği öz hesabına köçürüb. Hətta tərəflər bir-birindən hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara şikayət ünvanlayıblar. Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Həmkarlar İttifaqı arasında yaşanan mübahisənin səbəblərindən danışan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, Daşqın Hacıyev Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib: “Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir il ərzində Həmkarlar İttifaqına 3000 manatdan bir qədər artıq vəsait köçürməli imiş. Lakin Daşqın Hacıyev özünə şəxsi kart hesabı açaraq, ordan vergini tutub həmin məbləği öz hesabına köçürüb”. İndi isə işin üstü açılıb və məlum olub ki, Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Həmkarlar İttifaqının pulunu mənimsəyib. Bu səbəbdən də hazırda tərəflər arasında ciddi münaqişə yaşanmaqdadır.
Bütün bunlardan əlavə, hal-hazırda rayon ərazisində müəyyən söz-söhbətlər də dolaşır ki, Daşqın Hacıyev orda-burda “Hamı bilsin ki, mən icra başçının adamıyam” deyə, öz adı ətrafında belə bir təbliğatını aparır. Hələlik, bunun nə dərəcədə həqiqət olub-olmaması ilə bağlı dəqiq nəsə deyə bilməsək də, deyəcəyimiz odur ki, yerlərdə belə bir məlumatlar dolaşır.
P.S. Hörmətli oxucular! Növbəti yazımızda adları Goranboy rayon MKTİB-nin ştat cədvəlində gedən 3 nəfər şəxsin, bu gün hansı ünvanda çalışmalarından, eyni zamanda bu quruma rəhbərlik edən Daşqın Hacıyevin RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülbəniz Kərimova ilə qurduğu işbirliyindən və s. kimi olaylardan bəhs edəcəyik.
Aftv.az
Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
Gündəm
19, noy, 2024
11:44
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00