2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinnin direktoru Nərmin Qaralova 67 müəllimi bir gündə işdən çıxarması və tələbə qıza onlayn imtahan zamanı “şamtutan” deməsi ilə gündəm olmuşdu. O, müəllimlərin işinə xitam verməsini təhsil müəssisəsində struktur dəyişiklikləri ilə əlaqələndirməyə çalışsa da, məhkəmədə müəllimlərə uduzdu. “Şamtutmaq” felinin el içində ikinci, təhqiramiz mənasını da o vaxtadək bilmədiyini iddia etsə də, inzibati tənbeh tədbirindən yayına bilməmişdi.
Hüquqları pozulan müəllimlər iddia edirdilər ki, onları ixtisar edərkən ştat azlığını əsas göstərən direktor boşalmış vəzifələrə yeni adamlar gətirib. Məsələn, Humanitar Kollecin direktor müavini Kamran Məsimovun bacısı Xəyalə İdrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib.
Bildirilirdi ki, direktor tələbələri imtahanda bilərəkdən kəsərək alt qruplara salır, alt qruplara düşürülən yüzlərlə tələbə zorən kredit yolu ilə imtahanlar verməyə məcbur edilir. Nərmin Qaralova barəsində dövlət başçısına, təhsil nazirinə ünvanlanan şikayətlərdə qeyd olunur ki, o, indi də qeyri-qanuni attestasiya edərək müəllimləri ixtisarla hədələyir. Saxta attestasiya üçün verdiyi əmrə hər bir müəllimə məcburi qol çəkdirir və imzalamayan müəllimləri isə aktlaşdırıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri ilə hədələyir ki, əmək kitabçanızı ömürlük korlayacağam və siz heç bir yerdə işlə təmin oluna bilməyəcəksiniz. Bu yolla müəllimləri şantaj edir. “Kim hara müraciət edirsə etsin, mən heç kimdən qorxmuram” – deyir. Deyir ki, 2021-ci ildə 67 müəllimi ixtisar edəndə Prezidentə müraciət etdiniz, nə oldu? Mən yenə də işimdəyəm, mənə heç nə edə bilməzsiniz, mənim soyadım bu dövlətdə öz sözünü deyib, siz kim, mən kim”. Halbuki, kollec publik hüquqi şəxs olduğuna görə, Nizamnamənin 8.1-ci maddəsində bu səlahiyyətin, yəni kollecin ləğvi və yenidən təşkili məsələsi Nazirlər Kabinetinə aiddir. Məlumata görə, 10 may 2024-cü ildə keçirdiyi Pedaqoji Şuranı heç bir səsverməyə qoymadan saxtalaşdırıb, daxili əmr verib. Bundan əlavə, öz çirkli əməllərinə alət elədiyi bir qrup muəllimləri müxtəlif bəhanələrlə imtahana daxil etmir və bununla da Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozur.
Tədris işləri üzrə müavini Kamran Mənsimov isə ona havadarlıq edərək saxta qanunsuz attestasiyanın keçirilməsi üçün təqdimat hazırlayıb. Bir sözlə, Nərmin Qaralova kolleci öz qanunları ilə idarə edir, korrupsiya baş alıb gedir.
Həmçinin qeyd olunur ki, Nərmin Qaralova dövlətin müəssisəsini öz şəxsi mülkiyyətinə çevirmiş və kollecin idman zalını cudoistlərə icarəyə vermişdir. 
İddia olunur ki, Nərmin Qaralova təyin olunan vaxtdan dövlətin müəllimlər üçün ayırdığı mükafatları mənimsəyir. Ancaq özünün təyin etdiyi müavinlərinə, şöbə müdirlərinə yüksək mükafat yazır.
İndi isə “şam məsələsi”nə bir daha qayıdaq. Bu günlərdə gundemxeber.az-ın redaksiyasına daxil olan məlumata görə, kollecdə II kursda əyani təhsil almalı olan Mancanova Qəmər Təyyar qızı təhsildə hər şeyin "qaydasında olduğunu" düşünərək Gəncə şəhərində xınayaxdı məclislərində "hakışta" deməklə məşğuldiur. Yeri gəlmişkən, dekor xonça üçün şamlar xınayaxdı və nişan mərasimlərinin əsas atributlarındandır.
Təbii ki, bu cür imtiyazlar havayı başa gəlmir. Kollecin direktoru və dekanı tələbələrin hansı səbəbdən dərsdə olmadıqlarını hamıdan yaxşı bilirlər. Xüsusilə də əyani təhsil alan tələbələrə istisna icazələr hansısa maraqlar əsasında verilir. Görünür, ortada hansısa maraqlar olanda Nərmin Qaralova nəinki şamtutanlara, hətta xınayaxanlara da münasibətdə çox “humanist” olur.
Və ən sonda qeyd edək ki, Nərmin Qaralova Bakıda doğulsa da, əslən Gürcüstan Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir. Onunla eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
(GundemXeber.Az)
Aftv.az
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - VİDEO
Gündəm
11, noy, 2024
18:05
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00