Nazirlik Öz işçilərinə Hərbi Xidmət Güzəşti Edir!
Məlum olduğu kimi, Dövlət başçısı tərəfindən 6 sentyabr 2023-cü il tarixdə “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanmışdır.
Fərmana əsasən bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi-həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.
Bəs Nazirliyin özündə bu sahədə şəffaflıq hansı səviyyədədir? Əldə etdiyimiz məlumata əsasən Nazirlik vətəndaşlara bu sahədə xüsusi tələbkarlıqla yanaşsa da, öz işçilərinə, ələxüsus vəzifəli şəxslərinə olduqca yumşaq standartlar tətbiq edir və onlara münasibətdə bu məsələlərə göz yumur.
Redaksiyamıza daxil olan məlumata görə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 6 fevral 1989-cu il təvəllüdlü sədri Elnur Səfərli Novruz oğlu hətta Azərbaycanın vaxtilə işğalda olmuş Cəbrayıl rayondan olmasına baxmayaraq hərbi xidmətdə olmamışdır. Onun hərbi xidmətdən yayınması səhhətinin buna imkan verməməsi və hərbi xidmətə yararsızlığı ilə əsaslandırılsa da eyni şəxs Nazirlikdə işə qəbul edilərkən tam sağlam və fəaliyyət qabiliyyətli olması ilə bağlı “Forma 86” sağlamlıq haqqında Arayış təqdim etmişdir.
Babalarının erməni tapdağı altında qalan məzarlarının, doğulub böyüdüyü yurd-yuvasının, ata ocağının təəssübünü, qeyrətini çəkməyən, hərbi xidmətdən yayınan birisi vəzifə məsuliyyətini necə dərk edə bilər?
Təsadüfi deyildir ki, Milli Observatoriyanın adı mediada qurumun keçmiş sürücüsü yaralı qazi Elmar Şərifovun onun gecə-gündüz vəzifəli şəxslər tərəfindən istismar edilməsi ilə hallanmışdı. Hətta əldə etdiyimiz məlumata görə Elnur Səfərli həmin qurumda çalışan şəhid Ələkbər Məmmədovun övladını şəxsi qisas zəminində inzibati üsullarla təqib etmişdir.
İşğalda olmuş rayondan olmasına baxmayaraq hərbi xidmətdən yayınmış, rəhbərlik etdiyi qurumda yaralı qaziyə və şəhid övladına “qan udduran” Elnur Səfərli Zəfər günü və digər bu kimi bayramlar ərəfəsində hardansa bir şəhid ailəsi tapıb özünü şəkil çəkdirmək üçün ora yetirir. Görünür ki, belələrinə şəhid ailəsi məhz foto çəkdirmək və ucuz reklam üçün lazımdır.
Əldə etdiyimiz məlumata əsasən heç bir elmi dərəcəsi, iqtisadiyyat, sosial sahə və məşğulluq sahəsində nəinki təhlil və tədqiqatları, hətta təhsili və mütailəsi belə olmayan Elnur Səfərli heç bir əhəmiyyətli idarəetmə təcrübəsi və qabiliyyəti olmadan həmyerlisi Nazirliyin Aparatının Strateji planlaşdırma və innovasiya şöbəsinin müdir müavini Rəşad Zalovun və həmin şöbənin keçmiş müdiri, hal hazırda Dövlət Məşğulluq Agentliyinin sədri, eyni regiondan olan Sadiq Əliyevin himayəsi ilə sosial sahədə “Beyin Mərkəzi” funksiyası yerinə yetirməli olan bu quruma rəhbər təyin edilmişdir.(xeberciniz.biz)
Mövzunu davam etdirəcəyik.
Aftv.az
Hərbi xidmətə çağırılanların yoxlanışında müəmma: ƏƏSMN öz işçilərini himayə edir? -DE-FAKTO
Gündəm
8, noy, 2024
20:13
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00