“SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına daxil olan məlumatlara görə Fizuli rayonu Zobcuq qəsəbəsi 5-də yerləşən 39 saylı tam orta məktəbdə fəaliyyət göstərən müəllimlər məktəbin direktoru Kənan Quliyev və Füzuli Təhsil şöbəsinin rəhbəri Ramella Məmmədovadan şikayətçidirlər.
Rəhbərlik etdiyi regionda korrupsiyada adı hallanan 27 məktəbin adı məhz Ramella Məmmədova ilə bağlıdır. Füzuli Təhsil şöbəsinin rəhbəri onunla haqq davası aparan müəllim və direktorları incidir və nəticədə qanunsuz yolla pul tələb edir.
Redaksiyamıza daxil olan məlumatda şikayətçi Abbasova Asya xanım bildirir ki, 23 il ibdidai sinif rəhbəri olaraq çalışdığı Fizuli rayonu 39 saylı orta məktəbdə prinsip aparılaraq incidilir. Bununla yanaşı eyni məktəbdə 20 il ədəbiyyat fənn müəllimi kimi də çalışan İmanov Rahim müəllim də bu prinsiplərin qurbanlarından biridir. Şikayətçi Asya müəllimin iddialarına görə 2018-ci ildə məktəbdə 2-ci sinif şagirdi Səma Hacıyevanın şiddətə məruz qalmasına Ramella xanımın göstərişi olsa da, susmaması, əksinə, məsələyə hüquqi qiymət verilənə qədər əl çəkməmiş, uşağın hətta sığınacağa yerləşdirilməsinə də nail olmuşdur. O tarixdən etibarən Ramella Məmmədova prinsip aparmağa başlamış, adı çəkilən bu müəllimlərin və digər məktəblərdə haqsızlığa susmayan bir çox müəllimlərin hüquqlarını öz vəzifəsindən sui-istifadə edərək pozmuşdur.
Daxil olan məlumata əsasən səlahiyyətində olan məktəblərdə adı 100 minlərlə korrupsiya faktında hallanan Füzuli Təhsil şöbəsinin rəhbəri Ramella Məmmədovanın əmlaklarına da həbs qoyulub. 27 məktəb direktorunu da onun bu əmrlərinə tabe olmağa sövq edən və müəyyən direktorlara da vəzifəsindən sui-istifadə etməyin yollarını göstərən Ramella xanım Qayıdış 3-də fəaliyyət göstərən məktəbin direktoru Babayev Əhdiman müəllimi də öz çirkabına bulamış və nəticədə də Əhdiman Babayev öz vəzifə səlahiyyətlərini aşaraq Rusiya Federasiyasında yaşayan qızı Könülü direktoru olduğu məktəbdə işçi kimi qeydiyyata almışdır. Qaçılmaz haldır ki, Ramella xanıma “HÖRMƏTSİZ” bu hal qəbul edilə bilməz. Şikayətçinin iddialarına görə öz əməllərindən nəticə çıxarmayan idarə rəhbəri indi də Fizuli rayonu Zobcuq 5-də yerləşən 39 saylı orta məktəbin direktoru Kənan Quliyevi alətə çevirir və əlbirliyi ilə onlara qarşı çıxan, hətda öz savadı ilə imtahanda yüksək nəticə göstərən müəllimlərin dərs saatlarını azaldır, siniflərini ixtisara salır və ən əsası olaraq çoxuşaqlı sinifləri boşaldaraq müəllimlərin hüquqlarını pozur. Sertifikasiyada 50+ bal toplayan müəllimlər sıxışdırılır, əvəzində isə daha az bal toplayan müəllimlər daha çox dərs yükü ilə təmin olunur. Bəs sizcə niyə? Bu necə ola bilər deyə düşünsək, əlbətdə ki, Füzuli Təhsil şöbəsinin rəhbərinin cibinə gedən yolu tanıdıqları üçün.
“SƏHƏRMEDİA” xəbər portalı olaraq Elm və Təhsil Nazirliyindən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən redaksiyamıza daxil olan məsələ ilə bağlı araşdırma aparmalarını xahiş edirik.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Baş Redaktor : SONA İNTİZAR
TEREF olaraq iddia ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırdıq!
Aftv.az
Füzuli Təhsil şöbəsinin rəhbəri Ramella Məmmədovanın korrupsiya əməlləri –İDDİA
Gündəm / Cəmiyyət
31, okt, 2024
12:30
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00