Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər şəxslərinin qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. 150 ailə adından göndərilən məktubu olduğu kimi təqdim edirik:
“Biz, Dövlət Sərhəd Xidmətinin ehtiyatda və istehfada olan hərbi qulluqçuları və ailə üzvləri, bildiririk ki, müxtəlif vaxtlarda (Sovet hökuməti dönəmi, Milli Təhlükəsizlik Nazirliyi və DSX dönəmində) ehtiyata və istefaya buraxıldıqdan sonra Lənkəran şəhərinin mərkəzində yerləşən N saylı hərbi hissənin hazırkı hərbi şəhərciyindən tamamilə kənarda yerləşən binalarda mənzillərlə təmin olunmuşuq. Bu mənzillər, əsasən Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə verilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən mənzillərdə yaşayan rus və Azərbaycan əsilli vətəndaşların ünvanına müxtəlif vaxtlarda evlərin tərk edilməsi ilə bağlı xəbərdarlıq məzmunlu bildirişlər göndərilir və ailələr mütəmadi olaraq narahat edilir. Baxmayaraq ki, ailələr uzun müddətdir (10-30 il) bu evlərdə daimi qeydiyyatdarırlar və bütün kommunal təminatları Lənkaran Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bununla belə, DSX hərbi şəhərcikdən kənarda olan bu evlərin onlara məxsus olduğunu və 150 ailənin hər birinin mənzillərdən çıxmalı olduğunu iddia edir”.
Şikayətçilər bildirir ki, bu mənzillərdə yaşayanların bir qismi SSR dönəmində xidmət etmiş hərbi qulluqçulardır: “Hansı ki, onlar Sovet Qoşunları Azərbaycan ərazisini tərk edərkən könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında qalıb xidmətlərini davam etdirmiş Rusiya əsilli Azərbaycan vətəndaşları və 20 ildən artıq xidmət etmiş 45-70 yaş arası ehtiyatda olan hərbi və mülki qulluqçulardır. Qeyd etmək istəyirik ki, bizim bu mənzillərdə yaşamağımız Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur. Sizdən xahişimiz budur ki, Lənkəran şəhərində bizə orderlərlə verilmiş, uzun müddətdir qeydiyyatda olduğumuz bu evlərin qanuni şəkildə özəlləşdirilməsi və adlarımıza keçirilməsi məsələsini ictimailəşdirəsiniz ki, Ali Baş Komandan bundan xəbərdar olsun.
Əlavə olaraq bildiririk ki, Ali Baş Komandana etdiyimiz bütün müraciətlər dövlət başçısına çatdırılmır. Dövlət struktur qurumlarına etdiyimiz müraciətlər isə qanunsuz olaraq yenidən DSX-ya yönəldilir”.
(Hürriyyət)
Aftv.az
DSX 150 hərbçi ailəsini öz evlərindən çıxarır - NARAZILIQ VAR...
Gündəm
29, okt, 2024
12:35
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30