Ailəsi təhqir obyekti olan şəxsin növbəti əxlaqsızlığı
Hamının yaxşı tanıdığı, dələduzluğu, şər-böhtan atmağı və əxlaqsızlığı ilə ad çıxarmış Müqayis Cəmil oğlu Verdiyevin və oğlu Anar Verdiyevin qaranlıq əməlləri ilə bağlı redaksiyamıza faktlar daxil olub. Özünü iş adamı adlandıran Verdiyevin keçmişinə nəzər salanda oxucularımız bu şəxsin əsl kimliyini bilmiş olur. Dəfələrlə dələduzluq, rüşvət alma, şahtaj və böhtan atma, küllü miqdarda mənimsəmə və bu kimi ağır cinayətlərdə günahlandırılaraq həbs olunmuş Müqayisin qısa keçmişi aşadakı kimidir:
Müqayis Cəmil oğlu Verdiyev Bakı Şəhər Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsinin 30 dekabr 2002-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 5 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə və 2 il 6 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir
Müqayis Verdiyev – Dəfələrlə ağır cinayətlər törətməkdə, dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuş, külli-miqdarda dələduzluq faktlarına görə həbs olunub. İllərlə dustaq həyatı yaşayan dələduz iş adamı həbsxanalarda belə öz çirkin əməllərindən geri qalmayıb. Orda da dustaqları aldadan və qalmaqallar yaradan Müqayis Verdiyev dəfələrlə təhqir olunaraq döyülüb. Abır, həya məvhumlarından uzaq olan bu şəxsin qısa keçmişinə nəzər salanda məlum olur ki, Verdiyev Göranboyda dələduzluq etdiyinə, ixtişaşlar yaratdığına, İmişlidə, Yevlaxda eyni əməlləri təkrarladığına görə müxtəlif zamanlarda həbs olunaraq cəzalandırılıb. Onun qanunsuz fəaliyyətinin son ünvanı Sumqayıt şəhəri hesab olunur və o şəhər bulvarının tikintisi zamanı yüzlərlə insanın pullarını mənimsəmiş və dövlətdən ayrılmış vəsaitləri şəxsi büdcəsinə köçürmüşdür. Bu əməlinə görə bir neçə il öncə həbs olunan Müqayis Verdiyev hazırda ən çirkin vasitələrə əl ataraq insanları şərləməkdədir. Yuzlərlə insana olan borcunu qaytarmayan, hər gün evinin qarşısında söyülən və təhqir olunan, borc sahiblərini ailə üzvləri adı ilə hədələyən, qızlarının gözü qarşısında demək olar ki, hər gün aşağılanan bu məxluqun yenidən dələduzluq edərək tanış olduğu adamları aldatması dəhşətli mənzərəni göz önündə canlandırır. Nə qədər qəribə olsada özü və oğlu Anar Verdiyev 400 min manatlıq avtomobildə gəzir, ailəsini isə təhqir obyektinə çevirib.
Onun qanunsuz pul tələbini yerinə yetirməyən məmurların ailə üzvlərini sosial mediada təhqir edən saxtakar iş adamı bu yolla insanları şantaj etməkdədir. Müqayis Verdiyevlə tanış olan şəxs qısa zamanda onun şər-böhtan kampaniyasının hədəfinə çevrilir. Oturduğu məclislərdə özünü Prezident Aparatında yüksək vəzifə tutan məmurların dostu olduğunu, tez-tez onlara səbətlər göndərdiyini və rüşvət verdiyini dilə gətirən dələduz iş adamı xanımları belə şantaj etməkdən çəkinmir. Öz ailəsini əməllərinin təhqir obyektinə çevirən, qızlarını girov saxlayan ləyaqətsiz ata başqalarının ailə üzvləri haqqında böhtanlar danışmaqla kimliyini açıqlamış olur.
Belə bir şəxsin bəzi vəzifəlilər tərəfindən himayə olunmasınarahatçılıq yaratmaqdadır. Prezident aparatında və Baaş prokurorluqda yaxın dostları olduğunu hamıya deməkdən çəkinməyən Müqayisin bu yaxınlarda Aparatda yüksək vəzifəli şəxsin katibəsinə 5 min manatlıq hədiyyə verdiyi və bahalı “səbət” göndərdiyi söylənilir. Biz həmin xanımın kimliyinə növbəti materialda aydınlıq gətirəcəyik.
Göründüyü kimi yüzlərlə insanı aldadan, onların hüquqlarını pozan, məmurları ailələri ilə şantaj edən, öz ailəsini isə təhqirlər, söyüşlər hədəfinə çevirən Müqayis Verdiyev analoqu olmayan xarakteri və əxlaqsızlığı ilə cəmiyyətimizdə təmsil olunur və hələki bu dələduz və cinayətkarı himayə edən var. Biz növbəti materialda Müqayis Verdiyevin kimlər tərəfindən himayə olunduğu və kimlərə böyük hədiyyələr verdiyini açıqlayacağıq. Ümid edirik ki, insanları şantaj edən Müqayisi himayə edənlər onun əsl kimliyini anlayacaq və gələcəkdə onun şantajları ilə üz üzə qalmamaq üçün münasibətlərə yenidən baxacaqlar. Bir vaxtlar dost olduğu və süfrələrindən qidalandığı insanları bu gün şantaj edən Müqayisin “səbətlər” göndərdiyi şəxslər barədə sabah nələr deyəcəyi bəllidir.
Mövzuya qayıdacağıq.
(BakuNews.az )
Aftv.az
Dələduz iş adamı Müqayis Verdiyevi kimlər HİMAYƏ EDİR?
Gündəm
15, avq, 2024
10:43
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00