Sentyabrın 1-də Azərbaycan Milli Məclisi ilə yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də növbədənkənar seçkilər keçiriləcək.
“AzPolitika” xəbər verir ki, seçkilərin təşviqat mərhələsi avqustun 9-dan start götürüb, bir gün sonra isə Azərbaycan Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin siyahısını öz elektron ünvanında (msk.gov.az) yerləşdirib. Amma maraqlıdır ki, muxtar bölgədə seçkiləri təşkil edən Naxçıvan Mərkəzi Seçki Komissiyası bu addımı atmayıb. Qurumun nmsk.gov.az ünvanında 1 sentyabr seçkiləri ilə bağlı bölümdə ancaq seçkilərin təyin olunması, seçki dairələri, seçicilərlə görüş yerləri və s. texniki xarakterli informasiya yerləşdirilib. Dairələr üzrə namizədlərlə bağlı məlumat isə yoxdur. Məsələni aydınlaşdırmaq üçün qurumun saytında yerləşdirilən telefon nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı. Azərbaycan MSK-nın mətbuat katibi Şahin Əsədli isə bildirdi ki, Naxçıvan MSK tamamilə müstəqil qurumdur(!), MSK-ya tabeçiliyi yoxdur.
Qeyd edək ki, Naxçıvan Ali Məclisi 45 deputatdan ibarətdir, Konstitusiyaya görə, Muxtar Respublikanın ali orqanı bu qurumdur. Seçkilərdən sonra deputatlar Ali Məclisin sədrini və onun müavinlərini seçirlər.
Naxçıvan Mərkəzi Seçki Komissiyasının namizədlərə dair məlumatları, o cümlədən seçki prosesi ilə bağlı məlumatları ictimaiyyətdən gizlətməsi Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Seçki qanunvericiliyinə görə, qurum seçkilərə 20 gün qalmış qeydə alınmış namizədlərin adlarını və onlara aid digər məlumatları elektron ünvanında yerləşdirməlidir. Seçkilərə isə 18 gün qalıb.
Naxçıvan Ali Məclisinə seçkilərin faktiki olaraq yarımgizli keçirilməsinin başqa bir əlaməti hakim Yeni Azərbaycan Partiyasının Ali Məclisə namizədlərinin siyahısını elan etməməsidir. Seçki gününə cəmi 18 gün qaldığı bir vaxtda YAP-ın kimlərin namizədliyini verdiyi məlum deyil. Bu gizlilik nəyə xidmət edir, başadülülən deyil.
“AzPolitika”-ya verilən məlumatlara görə, Naxçıvanda hakimiyyətdaxili qruplar arasında böyük çəkişmə var, bu səbəbdən YAP-ın rəsmi namizədlər siyahısını açıqlamaq mümkün olmayıb. Məsələn, nə qədər qəribə olsa da, hakim partiyanın Ali Məclisin hazırkı sədrinin (Sədrin səlahiyyətlərini icra edən müavinin-red.) – Anar İbrahimovun namizədliyini ümumiyyətlə irəli sürmədiyi bildirilir. Buna səbəb Anar İbrahimovla Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasındakı qarşıdurma göstərilir.
Başqa bir intriqa: YAP-ın namizədlər siyahısı, ümumiyyətlə namizədlərin kimliyi faktiki olaraq xalqdan gizli saxlanıldığından, Naxçıvanın konstitusion rəhbərinin – Ali Məclisin sədrinin kim olacağını təxmin etmək də mümkün olmur. Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, bu postu YAP-ın 1 saylı Şərur-Sədərək seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədi Ziyafət Əsgərov tuta bilər. Lakin Z.Əsgərov “AzPolitika”ya açıqlamasında Ali Məclis üzvlüyünə namizədliyinin verilmədiyini bildirməklə, bu məlumatı təkzib etmişdi. Başqa bir ehtimala görə bu vəzifəni Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov tuta bilər. H.Bağırov bu vəzifəyə 2023-cü ilin 7 aprelində təyin olunub. Lakin bir daha qeyd edirik ki, siyahı gizli saxlanıldığından H.Bağırovun namizəd olub-olmadığı belə dəqiq məlum deyil.
Beləliklə, Naxçıvanda heç bir şəffaflıq, rəqabət mühiti, hesabatlılıq olmadan seçki keçirilir və bu yolla MR-nin “konstitusion hakimiyyəti” formalaşdırılır...
Aftv.az
NAXÇIVAN ALİ MƏCLİSİNƏ YARIMGİZLİ SEÇKİLƏR – YAP siyahısını, NMSK namizədləri gizlədir; seçici necə seçməlidir?
Gündəm
14, avq, 2024
11:06
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00