Səhər saatlarından alışan gəmi hələ də yanır - Helikopterdən çəkilmiş GÖRÜNTÜLƏR

Gündəm / Video
31, iyl, 2024 18:35

Bakıda gəmidə yanğın baş verib.
Aftv.az-ın məlumatına görə, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.
Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsizliyə köçürüldü. Təxliyə prosesində digər bir gəmi istifadə edilib.
Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.



Son xəbərlər