Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adı qarışan cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır.
Musavat.com-a daxil olan məlumatda deyilir ki, 171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq cinayəti baş verib.
Buna görə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Ən son məlumata görə, iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər.
Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb.
“Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir. Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir.
Ona görə də Sizdən xahiş edirik ki, zərəçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.
Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur.
Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər.
Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir.
Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər.
Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.
“Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər.
Aftv.az
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI - TƏFƏRRÜAT
Gündəm
30, iyl, 2024
17:36
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00