1969-cu il iyulun 14-ü Azərbaycan xalqının tarixində əlamətdar gündür. Məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Əgər 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycanın Qurtuluş Günü kimi tariximizi şərəfləndirdisə, 14 iyul 1969-cu il xalqımızın intibaha gedən başlanğıc günü kimi nicatımız oldu. Çünki müstəqilliyimizin siyasi və iqtisadi əsasları məhz bu tarixdən qoyulmuşdu. Eyni zamanda həmin dövrdə Heydər Əliyevin gəlişi ilə Azərbaycanda ictimai həyatın bütün sahələrində sürətli yüksəliş, milli özünüdərkin formalaşması dövrü başlanmışdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yer tutur. Bu böyük şəxsiyyətin fəaliyyəti öz əhəmiyyətinə görə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dərin təfəkkürə, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik böyük siyasətçi kimi tanınan Heydər Əliyevin adı müasir Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, milli kimliyin formalaşması və siyasi sabitliyin bərqərar olması ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin sovet Azərbaycanının rəhbərliyinə gəlməsi birmənalı şəkildə müstəqilliyimizə gedən yolun başlanğıcı oldu. Məqsədli şəkildə yabançılaşdırılan məmləkətimizdə sürətli şəkildə milliləşmə prosesi başlandı. Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, ziyalılarımızın, mütərəqqi aydınlarımızın repressiya və təqibdən qorunması, gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilməsi, 1971-ci ildə ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindəndir. Bütün bu və digər proseslər onun milli dirçəliş ideologiyasına əsaslanan siyasi fəaliyyətində öz əksini tapırdı. Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində milliləşmə xüsusi və mühüm yer tutur. Azərbaycan xalqının dahi oğlu ötən əsrin 1960-cı illərinin sonlarında ölkəyə rəhbərlik etdiyi ilk günlərdən milliləşmə prosesini fəaliyyətinin prioriteti seçmişdi. Ulu Öndər xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli mentalitetinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdi. Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təşkilatçılıq bacarığı respublikada mövcud problemlərin həllində ona kömək etmişdi. Bu dövrdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət dəstəyinin artırılması, infrastrukturun yenilənməsi qısa müddət ərzində mühüm nailiyyətlərin əldə olunmasına zəmin yaratdı. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində olduğu 1969-1982-ci illərdə 250 yeni müəssisə yaradıldı ki, bu da milyonlarla yeni iş yerinin açılması deməkdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra respublikanın inkişaf tempi xeyli sürətləndi, bütün səviyyələrdə qeyri-peşəkarlığa qarşı mübarizəyə başlanıldı. Böyük zəhmətlər bahasına Ulu Öndər öz islahatlarını aparmağa və Azərbaycanı keçmiş Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirməyə nail oldu. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdanda da Ulu Öndər ölkənin ictimai-siyasi həyatına sabitlik gətirdi, bütün sahələrdə müşahidə olunan durğunluğa son qoydu. Hazırda Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin sistemli şəkildə genişləndirilməsi və dünya iqtisadiyyatına daha dərindən inteqrasiya prosesi, mədəniyyət, elm və digər sahələrdə müşahidə olunan böyük inkişaf 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Məhz bu baxımdan 14 iyul 1969-cu il intibahımızın, müstəqilliyimizin doğulduğu gündür. Bu gün müstəqil, regionun söz sahibi, dünyanın hesablaşdığı bütöv, qüdrətli Azərbaycan dövlətinə görə hər birimiz xalqımızın əziz övladı Heydər Əliyevə borcluyuq və onun bizə miras qoyduğu strategiyası inkişaf, tərəqqi yolumuzdur.
Rəşad Mahmudov
Tibb elmləri doktoru,
YAP İdarə Heyətinin üzvü
Aftv.az
Rəşad Mahmudov- Bizi intibaha aparan yolun təməli haqqında bir neçə söz..
Gündəm / Səhiyyə
15, iyl, 2024
19:29
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00