2013-cü ildən etibarən, Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən Türkiyənin "BIN GROUP” şirkəti ilə yerli kompaniyalar arasında sonu görünməyən ziddiyyətlərlə bağlı məlumatlar yayılmaqdadır.
Sözügedən narazılıqların pik nöqtəsi isə "BIN GROUP”un "Park Çinar" Mənzil-Tikinti Kooperativi tərəfindən 2019-cu ildə məhkəməyə verilməsi oldu. Kooperativin belə bir addım atmaq məcburiyyətin isə "BIN GROUP”un müqavilə öhdəliklərini yerinə yetirməməsi olub. Hesab edilə bilərdi ki, hüquq müstəvisinə çıxarılan bu məsələ tezliklə öz həllini tapacaq və qarşıdurmaya son qoyulacaq.
Ancaq görünür, bu proses "BIN GROUP” şirkəti tərəfindən özünü "zərərçəkmiş” qismində tanıtmaq üçün sadəcə, bir vasitə imiş. Belə olmasaydı, şirkətin rəhbəri Barış Dəmir üzərinə götürdüyü öhdəlikləri vaxtinda və keyfiyyətlə yerinə yetirmək əvəzinə, xanımı Zəhra Dəmiri irəli verərək, şantaj və təhrikçiliyə əl atmazdı.
İstənilən ziddiyyətin həlli üçün ən münasib platformanın hüquq müstəvisi olduğunu nəzərə alsaq, "Park Çinar" Mənzil-Tikinti Kooperativinin "BIN GROUP” şirkətini məhkəməyə verməsi tam normal addımdır. Ancaq türkiyəli iş adamının xanımının nəzərində vəziyyət tamamilə başqadır.
Zəhra Dəmir "BIN GROUP” şirkəti məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə, xüsusən də, müxalif kanallara çıxaraq həyat yoldaşı və özünü "aydan arı, sudan duru” elan etməklə, Azərbaycanın müvafiq dövlət qurumlarına yönəlik hədyanlar səsləndirməkdən də çəkinmir. Şantaj cəhdləri nəticəsiz qaldıqda isə qaldırıcı krana çıxaraq intihar imitasiyasiyasına əl atacaq qədər irəli gedir.
Əslində, nə baş verib və bu qarşıdurmanın kökündə nə dayanır?
Əldə edilən məlumatlara əsasən, sözügedən məhkəmə iddiasının təməlində "BIN GROUP” şirkətinin imzaladığı podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi dayanır. Buna görə iddiaçı tərəfi nədəsə suçlamaq mümkün deyil.
Ancaq çox maraqlıdır ki, "BIN GROUP” şirkəti müqavilə öhdəliklərinə əməl etməsə də, Dəmir ailəsi öz sərvətini və komfortunu inanılmaz dərəcədə artırmağa nail olub. Soruşula bilər, nəyin hesabına? İddialara əsasən, Azərbaycandan fəaliyyətə başladıqdan bir müddət sonra gözəl həyat quran Dəmir ailəsi bahalı avtomobilləri artıq sıraya düzüb. Bu komfortun şirkətdə çalışan işçilərin haqqının yeyilməsi hesabına yaradıldğı da dolaşan iddialar sırasındadır.
Paradoksa baxın, "BIN GROUP”un sahibi müqavilə ilə aldığı sifarişin pullarını talayır, hesab vermək vaxtı gələndə isə xanımını irəli çəkərək şantaja əl atır.
Yeri gəlmişkən, "BIN GROUP”un problem yaratdığı şirkət sadəcə, "Park Çinar" deyil. Dəmir ailəsi "Colin”, "Kalyon”, "Cengiz İnşaat” şirkətlərinə də analoji problemlər yaradaraq onlarla imzalanan müqavilə öhdəliklərinə əməl etməməklə həmin qurumları çətin vəziyyətə salıb.
Lakin özünü haqlı çıxarmağa çalışan "BIN GROUP”un rəhbərliyi fəaliyyətindəki çatışmazlıqları aradan qaldırmaqdansa, çətin duruma saldığı şirkətləri məhkəməyə verir. Təbii ki hər dəfə də uduzur. Dəmir ailəsinin çıxardığı "komediya” da bundan sonra başlayır.
Ancaq bu "komediya”nın davamında və finalında gülən tərəf heç bir halda türkiyəli iş adamı və onun xanımı olmayacaq.
(Qaynarinfo.az)
Aftv.az
Milyonları talayan Barış Demirin “bəraət taktikası”: “BIN GROUP”un sahibindən ağlasığmaz fənd
Gündəm
15, iyl, 2024
11:04
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00