Məşhur iş adamının restoranında dava: Prokuror müavini vəzifəsində işləmiş şəxs də orada olub

Gündəm
13, iyl, 2024 11:14

Bakıda yerləşən "Hollywood" restoranında baş verən hadisənin detalları məlum olub.
Administrator Azər Nəcəfovun sözlərinə görə, yaxın iki-üç gün ərzində restoranda cinayət hadisəsi baş verməyib:
"Belə bir hadisə təxminən bir ay öncə baş verib, lakin bıçaqlama hadisəsi olmayıb. Sadəcə aralarında sözlə mübahisə olub, onlar bir-birilərinə yaxın gəlməyiblər. Zeynal Usubovu heç kim bıçaqla vurmayıb".
Qeyd edək ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Ətraflı Baku TV-nin süjetində:

Aftv.az 

Son xəbərlər