"DogruXeber.az" olaraq ötən həftə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun redaksiyamıza müraciətini təqdim etmişdik.
O, müraciətində bildirirdi ki, həyat yoldaşı Gülxanım Məmmədova anadangəlmə gözdən əlildir. İllərdir buna görə pensiya alırdı, lakin, respublika üzrə çox insanların əlilliyi kəsiləndə, Gülxanım Məmmədovanın da əlilliyi kəsilib. Əlilliyin yenidən bərpa olunması üçün bir neçə dəfə cəhd etsələr də imtina cavabı gəlib. Belə olan halda tanış bir vasitəçi ona, sözügedən səhiyyə müəssisəndə çalışan və bu işdə kömək edə biləcək bir tibb işçisini tanıdığını deyib.
Ötən (may) ayın 20-də Oftalmologiya Mərkəzində olan Əjdər Məmmədov, həyat yoldaşı Gülxanım Məmmədova ilə birlikdə vasitəçinin tanış etdiyi tibb işçisi Gülnar Həsənova ilə görüşdüklərini və ona əvvəlcədən vəd olunmuş 1800 (min səkkiz yüz) AZN pul verdiklərini deyir.
Bizə göndərilən səs yazılarında da aydın görünür ki, Gülnar Həsənova əminliklə Gülxanım Məmmədovaya ona pensiya təyin olunacağı vədini verir.
Lakin, zamanı yetişdiyində Gülxanım Məmmədovaya Reabilitasiya mərkəzindən imtina cavabı verilməsi, ailənin təəccübünə səbəb olub.
Həmçinin Əjdər Məmmədov qeyd edirdi ki, o, yenidən Gülnar Həsənova ilə telefon əlaqəsi saxlayıb, imtina cavabının səbəbini soruşub. Gülnar xanım isə, - "siz aparatlardan keçəndə pul köçürməli idiniz, niyə köçürməmisiniz? Ona görə kəsiblər. Nərminə Hümbətova kəsib sizi" deyə cavab verib.
Qeyd edək ki, vətəndaş Əjdər Məmmədovun müraciəti ilə bağlı Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yazgül Abdıyeva ilə telefon əlaqəsi saxladıq. Yazgül xanım məsələni aydınlaşdırmaq üçün onu mərkəzə dəvət etdi. Bildirdi ki, - "Vətəndaşı göndərin, gəlsin baş həkimin yanına, aydınlaşdıraq."
Elə həmin gün Əjdər Məmmədov sözügedən göz klinikasına gedib və baş həkim Aygün xanım Məmmədbəylinın iş otağında olub.
Əjdər Məmmədov bildirir ki, "Aygün xanım bizdən pul alan Gülnar Həsənovanı da çağırdı. Gülnar xanım məni görəndə hər şeyi boynundan atdı, özünü tanımamazlığa vurdu. Mən telefonumda olan səs yazısını qoşdum, ondan sonra Aygün xanım Gülnar xanımı danladı ki, "bu sənin səsindir də". Sonra da Aygün xanım əsəbi halda, "bizim adımızı niyə verirsən? Ayıb olsun sənə", deyə, Gülnar xanımı tənbehlədi."
Baş həkimin əsəbi halda Gülnar Həsənovaya dediyi bu ifadə sizcə də ikibaşlı deyilmi?
Bundan əlavə, direktor Elmar Qasımovun və baş həkim Aygün Məmmədbəylinin rəhbərlik etdikləri müəssisədə çalışan tibb işçilərinin "müştərilərə" (Pasientlər) açıq-aşkar (Əjdər Məmmədovun iddiasına görə) "sən bizə pensiya üçün adamlar tap gətir, hərəsindən 100 manat da sənə qalsın" demələri rəhbər şəxslərin işçilərinə verdikləri aşırı "sərbəstliyin" göstəricisi deyilmi ?
İşin daha da qəribə olan tərəfi, vətəndaşın məhz Gülnar Həsənovanın adını çəkdiyinə görə Gülnar Həsənovanın "sudan quru çıxmaq" üçün təkbaşına çırpınışları, müəssisə rəhbərlərinin isə öz səssizliklərinə çəkilmələridir.
Kimsəyə sirr deyil ki, Sosial şəbəkələrdə və sosial mediada Zərifə Əliyeva adına göz klinikasında bütün müayinələr üçün vətəndaşlardan pul tələb edildiyi barəsində məlumatlar kifayət qədərdir. Elə şikayətçi Əjdər Məmmədov da qeyd edirdi ki, - "Bizə dedilər "aparatlara əlavə pul ödəmədiyinizə görə sizi kəsiblər".
Xatırladaq ki, redaksiyamızın əməkdaşları da sözügedən klinikada müayinə edilərkən, onlardan hər aparatla müayinə üçün 30 (otuz) manat pul tələb edilmişdi. Doğrudur, o, zamanlar indikindən fərqli olaraq, baş həkim Səbinə Məcidova idi. Amma, direktor taa 2006-cı ildən bugünə qədər də tibb sahəsində bir çox titullara sahib olan Elmar Qasımovdur.
Demək ki, müəssisədə dəyişən təkcə baş həkimdir. Fəaliyyətin isə uzun illər olduğu qaydada (qanunsuz ödənişlərlə) davam etdirilməsi, hörmətli Elmar Qasımovun öz "vərdişlər"inəmi deyək, "iş prinsipləri"nəmi deyək "sədaqət"inin təzahürüdür.
Yuxarıda şəhid barəsində vurğuladığımız cümləyə gəldikdə isə, xatırlatma üçün qeyd edək ki, adı çəkilən Gülnar Həsənovanın mövqeyini öyrənmək üçün zəng etdiyimizi və ardından dərhal sonra həyat yoldaşının agentliyimizin rəhbəri Kamal Əsgərova zəng edərək, "Həyat yoldaşıma niyə zəng etmisiniz? Qayda var, qanun var" deyə, özünü qanunları yaxşı bilən biri kimi göstərdiyini, eləcə də bizi qanunlarla təhdid etməyə çalışdığını ötən yazımızda bildirmişdik.
Lakin, təəssüflə deməliyik ki, xanımın həyat yoldaşının bu "fədakarlığı" heç də gözlədikləri nəticəni vermədi.
"DogruXeber.az" olaraq, qanunun da tələb etdiyi kimi, vətəndaş Əjdər Məmmədovun müraciəti əsasında, aidiyyatı qurumlara rəsmi sorğular göndərdik. Aidiyyatı qurumlar sorğularımızı hələ cavablandırmasalar da, deyəsən artıq Gülnar Həsənovanı həyəcanlandıracaq addımlar atıblar. Ya da xanım məsələnin artıq , tərəfimizdən ictimailəşdirilməsindən narahat olub.
Əjdər Məmmədov redaksiyamıza bildirib ki, şəhid qızı olduğunu deyən Gülnar Həsənova özünə Gəncə şəhərində yaşayan şəhid ailələrindən ibarət tərəfdarlar toplayaraq, şikayətini geri götürməsi üçün ona mənəvi təzyiqlər etməyə çalışıb. Hətta, o, tərəfdarlar arasında din adamının da olduğunu deyir.
Görünür, xanım haram işə əl atarkən, rüşvət alarkən yadına düşməyən şəhid adından və dindən "qalxan" kimi istifadə etməyə çalışır.
Bəli, Şəhidin Allah dərgahındakı hörməti ilə, tanrının rüşvətə münasibətini mövzunun girişində məhz bunun üçün Yaradanın göndərdiyi ayələrlə və müqəddəs kitabın cümlələri ilə vurğuladıq.
Mövzunu davam etdirəcəyik...
Aftv.az
"Sən bizə pensiya üçün adamlar tap gətir, hərəsindən 100 manat da sənə qalsın" - BAZAR AÇIBLAR...
Gündəm / Cəmiyyət
9, iyl, 2024
12:47
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00