Redaksiyamıza bir ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət daxil olub. Bəzi şəxsi məsələlərə toxunulan hissələri çıəxardaraq şikayətin birinci hissəsini oxuculara təqdim edirik: Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır.
Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.
Digər tərəfdən dekan seçki prosesində seçilməlidir, daha rektor Zəfər Qurbanovla hələ Bakıda işləyərkən tanış olduğuna görə təyin olunmur.
Bu nə biabırçılıqdır.
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də
götürdü. Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, "Meşəçilik" kafedrası çox spesifik bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi. Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi. Eləcə də "Texniki mexanika" və "Maşın mühəndisliyi və standartlaşdırma" kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən birləşdirilməyə məruz qalıb. Habelə, "Elektroenergetika" və "Elektrik mühəndisliyi" kafedraları da birləşdirilib. Birləşdirilən kafedralar üçün müdirlik vəzifəsi auksiona çıxarılb. Rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. Həmişə
xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcəm. Universitetin kifayət qədər iclas zalları olduğu halda, uzaq bir yerdə Günəşin altda, çölün ortasında Elmi şura keçirməyin görəsən mənası nədir? Aydındır ki, tibb təhsili olmayan, tibbdən xəbərsiz bir adamı Tibb Universitetinə rektor qoymaq olmaz. Eləcə də aqrar təhsili olmayan, bu sahəyə tam yabancı adamın Azərbaycan Dövlət Aqrar Universitetində rektor işləməyi ADAU- nu məhvə aparır. Faciəli cəhət ondan ibarətdir ki, Zəfər Qurbanovun idarəetmə işində ətrafına yığdığı şəxslərin əksəriyyəti aqrar sahədən heç bir məlumatı olmayan insanlardan ibarətdir.
Ardı var.
Hörmətlə, ADAU-nun bir qrup
professor-müəllim heyətiH
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Aftv.az
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA/FOTO
Gündəm / Təhsil
8, iyl, 2024
11:09
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00