Son aylarda təhsildə üzə çıxan məşum eybəcərliklərdən sonra, Elm və təhsil naziri Emin Əmrullayev daha sıx şəkildə tənqid olunmağa başladı. Normalda, edilməsi gərəkən bu idi ki, cənab nazir, mövcud neqativ halların aradan qaldırılması üçün tədbirlər planı tərtib edəcək, real çözüm yolları barədə düşünəcək və konkret addımlar atacaq. Lakin, təəssüflər olsun ki, biz "zibilin təmizlənməsi"ni yox, "xalının altına süpürülməsini" müşahidə edirik. Avropa təhsilli nazirimiz, qərbin təhsil standartlarına yaxşı bələd olduğu halda, niyəsə geriqalmış üsulları tətbiq etməyə üstünlük verir.
(Əlbəttə, onun, əks-mübarizə tədbirləri barədə, "Təhsil Araşdırmalar Mərkəzi" olaraq geniş bir süjetimiz olacaq). Sadəcə olaraq, “Təhsilverənlərin etik davranış Qaydaları"nda edilən son məşhur dəyişikləri qeyd etmək yetərlidir. Təhsilimizin "bayraqdarı", məktəblərdə böhranların fövtə verdiyi bir zamanda, məsul instansiya olan direktorlarla bağlı deyil, nəyə görəsə məhz aşağı instansiyalarla bağlı təbdir görməyə qərar verdi; müəllimlərin və sıravi işçilərin, xüsusən də, sosial mediada özlərini ifadə etmələrinin önlənməsinin qanuni əsaslarını yaratmağa cəhd etdi!
Ki, bu, əslində, ölkə konstitusiyasının "hər kəsin özünüifadə azadlığı var" maddəsi ilə tam ziddiyət təşkil edən bir qərardır.
Yəni, E.Əmrullayev, dolayısıyla, ortaya çıxan neqativ hallara, bu halların səbəbkarlarını deyil, ifşaçılarını günahlandırmaqla cavab vermiş oldu!
Lakin, deyəsən, cənab nazir, despotik qaydalarını, fərqli formada icra etmək fikrindədir. Belə görünür ki, o, məhkəməyə verə bilmədiyi yaxud da işdən çıxarda bilmədiyi şəxsləri, feysbukda əngəlləməklə məşğuldur. Belə ki, bir neçə gün öncə, cənab Əmrullayev, təhsilimizin durumunu və nazirliyin verdiyi qərarları tutarlı və ciddi şəkildə tənqid edən ekspertlərdən biri olan Emin Mirzəlini feysbukda "blok edərək" "cəzalandırıb". 3 il öncə Astara təhsili barədə şok maxinasiya faktlarını açıqladığı üçün nazirliyin rəsmi feysbuk səhifəsi tərəfindən blok edilən gənc alim, son paylaşımlarında, birbaşa nazirin özünü işarələyərək, onu konseptual şəkildə ifşa etmişdi. Rasional tənqidlərə cavab verə bilməyən Əmrullayev, görünür, bərk əsəbiləşib ki, hirsini, sonradan ifşa olunacağını bildiyi bir üsulla çıxmağa qərar verib...
Bu da avrotəhsilli, "sovremenni" nazirin, gənc alimə verdiyi cavab... Əgər buna cavab demək mümkündürsə...
Və olduqca mühüm olan daha bir məqamı da əlavə edək: Artıq uzun müddətdir ki, Əmrullayev feysbukda mesaj bölməsini bağlayıb və insanlarla, təhsilverənlərlə ünsiyyətə qapalıdır!
__________
Belə... Necə deyərlər, no komment!
Hər kəs özü nəticə çıxarsın... XXI əsrdə, bəşəriyyət, suni intellekt sayəsində hətta qeyri-canlılarla, robotlarla ünsiyyət qurur, bizdə isə ELM NAZİRİ, insanlarla ünsiyyətdən qaçır!
BakuNews.az
Aftv.az
ŞOK HADİSƏ: ELM NAZİRİ, ALİMİ "BLOK ETDİ"! Əmrullayev tənqidlərə dözmədi...
Gündəm
19, iyn, 2024
12:29
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00