İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.
"Qafqazinfo" Əhmədin həmin ifadəsini əldə edib.
Qeyd edək ki, sözügedən ifadədə azyaşlılarla bağlı həssas məqamlar olduğu üçün ixtisar edilib. Cinayət əməlinin ağırlığını, ifadənin də buna müvafiq olaraq doğura biləcəyi mənfi emosiyaları nəzərə alaraq ürəyi zəif olanların oxumamasını tövsiyə edirik!
İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.
"Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı"
Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.
Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb:
"Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm".
Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.
Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib: "Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi".
Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını bildirib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.
Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.
Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.
Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.
Aftv.az
İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlar
Gündəm / Araşdırma
13, iyn, 2024
20:43

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23