Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə qarşısına çıxarılan 1994-cü il təvəllüdlü Röyal Ocaqlı və 1998-ci ildə anadan olmuş Elzamin Abdullayev Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndiriliblər.
Bildirilib ki, hər iki şəxs Goranboyun Boluslu kəndinin sakinləridir və Bakının Nərimanov rayonu Etibar Qocayev küçəsində avtoyuma məntəqəsində birgə işləyiblər. Onlar Səməd adlı şəxsin avtoyuma məntəqəsinə gətirərək yumaya təqdim etdiyi "Porsche Cayenne" markalı avtomobilin saxlanc yerindən 93 500 manat dəyəri olan "Rolex GMT-Master İİ Rot Beer" markalı qızıl qol saatını oğurlayıblar. Hadisədən bir gün sonra Səməd maşındakı bahalı saatın yerində olmadığını görərək "moyka"ya qayıdıb. O, saatın orada oğurlanmasından şübhələnərək Röyalı sorğu-sual edib. Bir neçə gün ərzində həmin məntəqəyə gəlib-gedən və Elzaminin işdə olmamasından daha da şübhələnən şəxs saatını geri ala bilməyincə polisə müraciət edib.
Röyal və Elzamin polis tərəfindən saxlanıldıqdan sonra qızıl saatın onlar tərəfindən oğurlanması müəyyən edilib. Bəlli olub ki, hər iki şəxs əvvəlcə saatı satmaq üçün Gəncəyə gediblər. Lakin orada sata bilməyərək Bakıya qayıdıblar və "Laçın" ticarət mərkəzində yerləşən qızıl mağazasında 163 qram çəkisi olan saatı qramı 70 manatdan, cəmi 11 500 manata satıblar. Pul hər iki şəxsin arasında bölünüb.
Təqsirləndirilən şəxslərdən Röyal Ocaqlının yaxınları məhkəmə iclası zamanı saatın oğurlandığı "Porsche" markalı avtomobilin "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu və Səməd adlı şəxsin onun sürücüsü olduğunu iddia ediblər.
Röyal Ocaqlının anası Rübabə Sərdarlı isə açıqlamasında qeyd edib ki, sözügedən bahalı saat da E.Pirverdiyevə məxsusdur və onun sürücüsü sadəcə önə verilir.
Zərərçəkmiş şəxs qismində tanınan Səməd adlı sürücü isə saatın özünə məxsus olduğunu və Abbas adlı şəxsin ona hədiyyə etdiyini, lakin bu qədər bahalı olduğunu bilmədiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxslərin yaxınları işə sədrlik edən hakim Telman Hüseynovun Etibar Pirverdiyevin yaxın qohumu olduğunu bildirərək işə düzgün baxılmadığını düşündüklərini qeyd ediblər və apellyasiya instansiyasına şikayət ediblər.
Aftv.az
"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?
Gündəm
13, iyn, 2024
12:31
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00