509052 yaza bilməyən 1042 müəllim var imiş. Buna gülək, yoxsa ağlayaq? Təxminən 4 minə yaxın müəllim sertifikasiyadan keçə bilməyib və 30 bal belə yığmayıb. Elm və Təhsil Nazirliyinin əsas qayəsi təhsil verməkdirsə, heç bir göstərici ictimailəşdirmədən, ikinci şansda belə uğur qazana bilməyən müəllimlərlə müqaviləyə tərəddüdsüz xitam verməli idi. Amma nazirlik özünü rüsvayi-aləm elədi. Bizim övladlarımıza 509052 yaza bilməyənlər dərs keçir? Millətin gələcəyini onlar yetişdirir?
Bəs bu müəllimlər özləri harada təhsil alıblar, necə pedaqoji biliklərə yiyələniblər ki, məktəbdə dərs öyrətmək haqqına sahibləniblər? Ümumiyyətlə, onları necə işə götürüblər? Lakin bu faciə nazir Emin Əmirullayevi narahat etmir. Ona elə gəlir ki, islahat aparır və keyfiyyət dəyişikliyinə gedir. Məgər bu illər ərzində nazirin hansı islahatından bir xeyir görən olub? Hətta adına "elm" də əlavə olundu nazirliyin, hansı elm və təhsildən, fövqəlinkişafdan danışmaq olar? Əgər o 3900 müəllim 2 il ərzində hazırlaşıb bir şeyə nail ola bilmədisə, deməli, quyu çox qurudu. Ona görə sertifikasiyadan ikinci dəfə də "kəsilən" müəllimlərə bundan artıq şans vermək cinayətdir.
Üstəgəl, bir çox məktəblərdə kitablar keçən həftədən yığılıb. Hər halda, çox sayda məktəbdə yığıldığını bilirik. Bəs iyunun 15-dək dərs olmalıdır dirənişinin səbəbi nədir? Hələ üstəlik, Elm və Təhsil Nazirliyinin karyerada ildırım sürəti ilə irəliləyən gənc kadrı Eşqi Bağırov açıqlama verib ki, məktəblərdə yoxlamalar aparılacaq. Nəyi və niyə yoxlayacaqsız? Öz proqramınızdan xəbəriniz yoxdu, bilmirsiz ki, iyunun ilk həftəsində bitib tədris prosesi? Yəni tədrisi belə, müəllimi elə olan ölkənin məktəbləri, təhsili necə olmalıdır axı?
Başqa bir mühüm problem də var - işsizlik. Biz nəticələrə görə biabırçılıq hesab etdiyimiz bu mənzərəyə görə tənqid edirik, amma imtahandan kəsilən müəllimlərin işdən çıxarılması da çıxış yolu sayılmır. Dövlət vətəndaşına sahib çıxmalıdır. Əgər bu gün müəllimlər yaxşı nəticə göstərməyibsə bu birbaşa Elm və Təhsil Nazirliyinin öz günahıdır. Necəki sertifikasıya imtahanı təşkil edə bilir, müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də bu illər ərzində təlimlər təşkil edə bilərdi. Əgər belədirsə, o zaman bu müəllimlərə ali təhsil haqqında diplomu verən müəssisələrin rektorları başda olmaqla, bütün idarə heyəti həbsxanada çürüməlidir. İndi 4000-ə yaxın bu insanlar nə işləyəcək, hazırki vəziyyətdə maddi ehtiyaclarını necə qarşılayacaqlar?
Nazirlik günahı tək müəllimlərin ayağına yazmalı deyil. Ölkənin təhsil sistemi bərbaddır və buna görə E. Əmirullayev məsuliyyət daşıyır. Fakt budur ki, hələ də pul yığılmasından tutmuş xonça tutan, qızıl alverinə qədər məşğul olan məktəb direktorlarına qədər eybəcər hallar mövcuddur. Tək dərd sertifikasiya deyil ki...
Ramiz Rövşən necə deyirdi:
Kim qoydu bu büstü bizə
Kim bizi bu günə qoydu
Heç kim yanımıza gəlməz
Hamı gələr üstümüzə...
(Anaxeber.info)
Aftv.az
Nə elm var... nə də təhsil: BELƏ HARA GEDİRİK? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Təhsil
12, iyn, 2024
10:58
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30