Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən məhkəməyə verilib.
Bakupost.az xəbər verir ki, Fazil Alməmmədov 2020-ci ildə obyekt almaq və biznes qurmaq adı ilə şifahi borc müqaviləsi ilə Adil Məmmədzadədən 400.000 min manat pul alıb. Lakin sonradan ortada nə biznes, nə obyekt olmadığından Adil Məmmədzadə pulunu geri tələb edib. Fazil Alməmmədov 2 il ərzində pulu ödəməyib. Qarşı tərəf prokurorluq orqanları və məhkəməyə müraciət edib. Bundna sonra Fazil Alməmmədov ona barışıq sazişi təklif edərək, tezliklə pulu qaytaracağına söz verib.
Lakin barışıq sazişinə əməl etməyən Fazil Alməmmədov yenidən məhkəməyə verilib.
Məhkəmə sənədlərindən aydın olur ki, 29 yanvar 2024-cü ildə iddiaçı Adil Məmmədzadə Sumqayıt şəhər məhkəməsinin 21 avqust 2023-cü il qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.
Fazil Alməmmədovla Adil Məmmədzadənin 400 minlik çəkişməsinin sonunun necə bitdiyi dəqiq məlum deyil. Hələlik məlum olan odur ki, tərəflər məsələni başqa müstəvidə həll ediblər. Belə ki, Adil Məmmədzadə bu il Nərimanov Tibb Mərkəzi direktorunun, yəni Fazil Məmmədzadənin müavini təyin edilib.
Qeyd edək ki, Adil Məmmədzadə əvvəllər “Milla” MMC-də satış departamentinin müdiri olub. Onun oradan qalmaqallı şəkildə işdən çıxarıldığı bildirilir.
Adil Məmmədzadənin Nərimanov Tibb Mərkəzindəki fəaliyyəti barədə redaksiyamıza məlumatlar daxil olur. Hazırda bu məlumatları dəqiqləşdirməyə çalışırıq.
Xatırladaq ki, ötən il Fazil Alməmmədovun Tibb Mərkəzində ailə biznesi yaratması barədə geniş araşdırma dərc etmişdik.
Orada qeyd olunurdu ki, direktorun yeni ailə qurduğu ikinci həyat yoldaşının mərkəzdə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri olduğu üzə çıxsa da, aparıcı Aygün Alməmmədova Fazil Alməmmədovla ailə qurduğunu təkzib etmişdi. Əldə etdiyimiz məlumata görə, onların artıq bir övladı dünyaya gəlib və Aygün Alməmmədova yenə də Tibb Mərkəzində mətbuat xidməti rəhbəridir.![]()
Aftv.az
Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal – Borcunun əvəzinə vəzifə verdi
Gündəm / Səhiyyə
23, may, 2024
21:42
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00