Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb.
Lakin onun namizədliyi Müsavat partiyasının bəzi üzvləri, eləcə də bir sıra siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, o, bundan öncə 22 il Müsavat Partiyasının başqanı olub.
Modern.az məsələ ilə əlaqədar sabiq müsavatçılarla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında bir vaxtlar Müsavat Partiyasının Gənclər Təşkilatının sədri olmuş Ağ Partiyası sədri Tural Abbaslı bildirib ki, İsa Qəmbərin namizədliyinin Putin-Medvedev modelinin təzahürüdür:
"Müsavat Partiyasının 4 may qurultayı görünür, sadəcə bəzi jurnalist dostlarımıza maraqlıdır. Cəmiyyətdə Musavat Partiyasında qurultay var-yox, kim namizəddi kimi məsələlər maraqlı deyil. Şəxsən mənə də maraqlı deyil. Amma siyasi keçmişimiz var deyə cavab verirəm. Məsəl var ki, insanlar döyüşə-döyüşə sonda döyüşdükləri əjdahaya çevirilir. Bu insanlar ömürboyu Putini tənqid ediblər. Dünyada Putin-Medvedev konfiqurasiyası sayılan modeli icra edirlər. Kimin başını aldadıb, yola vermək istəyirlər özləri bilərlər. Bunun adı Putin-Medvedev konfiqurasiyasıdır. Özlər bilərlər, xeyirli olsun!"
Müsavat Partiyasının daha bir keçmiş üzvü Səxavət Əlisoy isə vurğulayıb ki, İsa Qəmbər Müsavat Partiyasını xilas etmək istəyir:
"İsa Qəmbər Müsavat Partiyasının üzvü kimi namizədliyini irəli sürə bilər. Burada sual doğuran başqa məsələ var. İsa Qəmbər nə üçün indi Müsavat Partiyasının başqanı olmaq istəyir. Əslində, o, Müsavat Partiyasını xilas etmək istəyir. 2014-cü ildə mən "Arif Hacılıya başqanlığı vermək Müsavat Partiyasını dərnəyə çevirməkdir" deyəndə düşmən mövqe sərgiləyirdilər. Bir az uzaqgörən olsaydılar, o boyda Müsavat Partiyası bugünkü səviyyəyə düşməzdi. İsa Qəmbər yaxşı bilir ki, Arif Hacılının dəstəsi elə adamı namizəd kimi irəli sürəcək ki, hətta Müsavat Partiyası tarixdən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. Müsavat Partiyasının təşəkkül tapmasında, formalaşmasında yüzlərlə yox, minlərlə insanın əməyi var. O cümlədən, az-çox mənim də əməyi olub. Partiyanın göz qabağında itib yox olması adamı ağrıdır. İsa Qəmbərin Müsavat Partiyasının tamamən məhv olmasının qarşısını almaq istəyini müsbət qarşılayıram. Amma 2014-cü ilə qədərki Müsavat Partiyasının olması bir ömür istəyir. Buna 15-20 il enerji qoymaq lazımdır ki, partiya 2003-cü ildəki vəziyyətinə 50 faiz də olsa, çatsın. Böyük səhvlər olub. Partiya sədrləri, İsa Qəmbər də səhvi etiraf etmək iqtidarında deyil. Onlar özlərini siyasi peyğəmbər hesab edirlər. Hazırkı durum da bunun nəticəsidir. Tək Müsavat Partiyasına yox, digər siyasi partiyalarına baxın. Acınacaqlı, reanimasiyalıq durumdadılar".
Aftv.az
“Cəmiyyətə Müsavatın qurultayı maraqlı deyil” - “Putinin yolu ilə gedirlər”
Gündəm / Cəmiyyət
30, apr, 2024
11:12
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30