Azərbaycanla Ermənistan sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Bu hadisə Qazaxın Ermənistanın nəzarətində olan yeddi kənddən dördünün Azərbaycana qaytarılması barədə razılıqdan sonra ilk əməli tədbirdir.
Delimitasiya üzrə praktiki işlərin başlaması sərhədin digər istiqamətləri üzrə də müəyyənləşdirmə prosesi üçün əhəmiyyətli presedentdir.
Bütün istiqamətlərdə delimitasiya prosesi ağrısız keçsə, Cənubi Qafqazda sülh və təhlükəsizlik adası formatında yeni əməkdaşlıq modellərinə qapılar açılacaq.
Birinci növbədə:
- Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq tuneli qurula bilər.
İkinci növbədə:
- Daha geniş regional əməkdaşlıq çərçivəsində Ermənistan üçün fürsət qapıları aralana bilər.
Yəni delimitasiya prosesi təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regional əlaqələrin dinamikasına müsbət təsir göstərir.
Prosesin ən böyük zirvəsi isə Zəngəzur dəhlizi layihəsi çərçivəsində fəth olunmaq potensialına malikdir.
Hərçənd ki, dəhliz konteksti ilə delimitasiya prosesi ayrı paketdə olan müzakirə mövzuları kimi görünür.
Azərbaycan hazırda Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb.
Birincisi, ona görə ki, “Zəngəzur dosyesi” Azərbaycanın strateji hədəfidir.
İkincisi, bu layihə qlobal və regional alternativ tədarük nəfəslikləri deməkdir ki, bu da bir çox oyunçunun marağındadır.
Bununla belə, Azərbaycan dəhliz üçün lazım olan tələblərini indi daha diplomatik dildə ifadə etməyi məqsədəuyğun hesab edir.
Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışında həmin ştrixləri görmək mümkündür.
Əliyev deyir ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklaması məyusedicidir.
Əliyevin bəyanatı:
“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur”.
Bununla Prezident Əliyev üç mesaj verir.
Birincisi, Naxçıvanın blokadada qalması ilə bağlı Ermənistanın ambisiyalarını dünya ictimaiyyətinə çatdırır.
İkincisi, Ermənistanın sülh gündəliyindəki nisbi konstruktiv mövqelərinin əvəzində ritorikası ilə yeni gediş edir.
Üçüncüsü, Əliyev Ermənistanın 10 Noyabr Bəyanatının müvafiq bəndindən yayınmasını göstərərək gediş edir və prosesi Moskva-İrəvan qarşılıqlı öhdəliyi kontekstində vurğulayır.
Nəticə:
- Delimitasiya prosesinin başlanması Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıq qalan məsələlərin həllini aktuallaşdırır;
- Azərbaycanın Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə ritorikasına redaktə edərək İrəvana xilas yolu olduğunu göstərir.
Aftv.az
Delimitasiyaya başlanıldı: Əliyev Zəngəzur dəhlizi ilə əlaqədar üç mesaj verdi - TƏHLİL
Gündəm
23, apr, 2024
18:52
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30