Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.
Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy məlumat yayıb.
O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:
“Ancaq təqdim edilən siyahıda əsasən hərbçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini – general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!
Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!
Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.
Musavat.com ABŞ Konqresinə sanksiya üçün təqdim olunan tam siyahını əldə edib:
Mənbələrin “mütləq tam olmayan” adlandırdığı ABŞ-ın sanksiyalarına təqdim olunan Azərbaycan rəsmilərinin tam siyahısı belədir:
1. Samir Nuriyev, Prezident Administrasiyasının rəhbəri.
2. Hərbi polis bölməsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev.
3. Polkovnik Elşən Sanayev, Azərbaycanın 218-ci (komandir?) briqadasının komandiri.
4. General-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Quru Qoşunlarının komandanı.
5. General-mayor Ceyhun Həsənov, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti.
6. Əli Nağıyev, dövlət təhlükəsizliyi xidmətinin rəisi.
7. General-leytenant Hikmət İzzət oğlu Mirzəyev, (Müdafiə nazirinin müavini, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı)
8. Fuad Ələsgərov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi.
9. Orxan Səmədov, Baş Prokurorluq.
10. Vüqar Quliyev, Baş Prokurorluq.
11. Ziya Məsurov, Baş Prokurorluq.
12. Pərviz Mirxəşimov, Baş Prokurorluq.
13. Babaxan Həsənəliyev, Baş Prokurorluq.
14. Həmzə Eldar Əkbər oğlu, Baş Prokurorluq.
15. Ələkbərov Valeh Həsən oğlu, Baş Prokurorluq.
16. Faiq Qəniyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
17. Mirzə Xankişiyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
18. İlham Mahmudov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
19. Eldar İsmayılov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
20. Cavid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
21. Samir Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
22. Azad Məcidov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
23. Zeynal Ağayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
24. Səbuhi Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
25. Əfqan Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
26. Telman Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
27. Əli Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
28. Vüsal Qurbanov, Nərimanovski Rayon Məhkəməsinin hakimi.
29. Kamranov Hafiz, Nərimanovski Rayon Məhkəməsinin hakimi.
30. Yusif Yusifov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi.
31. Abbasov Mirzəli Əbdüləli oğlu, Bakı Apellyasiya Məhkəməsi.
32. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, general-mayor Əbülfət Rzayev.
33. Elçin Məmmədov, Baş prokurorun birinci müavini.
34. Leytenant Fuad Rəfael oğlu Nəbiyev, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.
35. Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
36. İlham Mehdiyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
37. Vüsal Sultanov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
38. Azad Ələkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
39. İsmayıl Əkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
40. Ramin Bağırov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.
Sayt əlavə edib ki, hakimlərin siyahıda olma səbəbi – erməni müharibə canilərinə və əsirlərə hökm oxumalarıdır.(teleqraf.com)
Aftv.az
Hikmət Mirzəyev və 40 məmura qarşı sanksiya təklifi – Siyahı yayıldı
Gündəm
23, apr, 2024
13:28
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30