Cavanşir Məmmədovun cənazə namazı qılınır - CANLI YAYIM

Gündəm / Cəmiyyət
20, apr, 2024 15:34

Əməkdar artist Cavanşir Məmmədov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Bunu Oxu.Az-a açıqlamasında Cavanşir Məmmədovun qudası Vəli Məmmədov deyib.
Onun sözlərinə görə, mərhum sənətçi yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirmiş:
“Hazırda başımız yas məclisinə qarışdığı üçün onun konkret olaraq nədən vəfat etdiyini bilmirik, heç həkimin verdiyi kağıza da baxmamışıq”.
Hazırda Cavanşir Məmmədovun cənazə namazı qılınır.

Aftv.az

Son xəbərlər