Rusiyada "Krokus" konsert zalında, İranda Kirman şəhərində anım yürüşündə terror törədilirsə, şimal və cənub qonşularımızdan fərqli olaraq, Azərbaycan təhlükəsizlik adası olaraq nümunəvi dövlətdir. Lakin bizim ölkəmizdə olan "terror" və "təhlükəsizlik" problemi qida sektorundadır. Respublikada "qida terroru" ən dəhşətli şəkildə tüğyan etməkdədir. Buna şərait yaradan isə müftəxor, korrupsioner, xalqın övladlarının genefonduna qənim kəsilmiş "qida terrorçu" su olan məmurlardır. Bir qədər sonra təqdim edəcəyimiz faktlar Niderlandda, Avstriyada, Yaponiyada açıqlansaydı, nəinki bu cinayətə qol qoyan məmurlar işdən qovulardılar, ən ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilərdilər. Amma Azərbaycanda toxunulmaz şəxs kimi özlərini aparan bu yırtıcı məmurların xalqa düşmən kəsilməsi ucbatından hər gün milyonlarla insan orqanizmə zərərli, ağır xəstəliklər yaradan, onkoloji problemlərə yol açan qidalardan istifadə edir. Bəs, deyə bilərsiniz ki, konkret olaraq nəyi nəzərdə tutursunuz? Gəlin onda tanış olaq:
Əvvəla, Azərbaycan yeyinti məhsulları istehsal etsə də, əsasən idxaldan asılıdır. Yəni "Azərsun", "Milla" və bazarda digər qida istehsal edən müəssisələr mövcuddur. Hərçənd onların istehlakçıya təklif etdiyi məhsullar da keyfiyyətli deyil. Lakin əsasən qida məmulatları xaricdən idxal olunur. Bunu marketlərin vitrinlərində hər gün müşahidə edirik. Amma ölkəyə gətirilən məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək gülməli olar. Çünki Rusiya, İran və digər ölkələrin "üçüncü respublikalar üçün" istehsalı olan məhsulları gətirilir. Təbii ki, buna nəzarət iki qurumun üzərindədir - Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi...
Hazırda hər iki orqan xalqa zəhərli, xəstəlik mənbəyi olan və övladlarımızın inkişafına zərbə vuran məhsulların idxalına şərait yaradır. Biri gömrükdən zay malları buraxır, digəri də həmin qidanın keyfiyyətini və təhlükəsizliyini başdansovdu yoxlayıb yola verir. Bununla da məlum olur ki, gömrük şefi Şahin Bağırov və qida təhlükəsizliyinə cavabdeh Qoşqar Təhməzli Azərbaycan xalqına zəhər yedirir. Anaxeber.info bildirir ki, bu iddianı biz səsləndirmirik, Huriyyet TV efirində aparıcı və verilişə səs göndərərək faktlar təqdim edən bir yük maşını sürücüsü təsdiq edirlər. TIR sürücüsü bildirir ki, Rusiyadan Azərbaycana 100 tonluq yağ gətirilib. Ancaq məhsulun nəinki marqarin olduğu, ümumiyyətlə, marqarinin əvəzləyicisi olduğu üzə çıxıb. Belə desək, bir var zay məhsul, bir də var zir-zibil... Sürücü bu barədə xəbər tutanda səbəbini soruşub, ona cavab verilib ki, tort bişiriləcək. Hər halda, bütün ölkə tort yemir ki, bu qədər marqarin əvəzi bir öldürücü yağa tələbat olsun. Həmin məhsul gömrükdən keçirilib və "Meyvəli"yə gətirilib, oradan da satış məntəqələrinə paylanıb. Bu qədər sadə bir "qida terroru" və nə Şahin Bağırov, nə də Qoşqar Təhməzli bu cinayətdən narahat olurlar. Axı özləri və yaxın çevrələri bu yağlardan istifadə etmir, niyə də veclərinə olsun ki?!
Sürücü həmçinin, başqa məhsullar haqda da oxşar məlumatları canlı efirdə açıqlayıb. Və görünən budur ki, tükürpədici qida cinayətləri törədilir, di gəl, aidiyyatı orqanlar göz yumur, millətin apteklərdə, xəstəxanalarda qalmasına rəvac verir. Bu, birbaşa cinayət məsuliyyəti yaradır və araşdırma aparılmasını zəruri edir. O baxımdan aparıcı efirdə Baş Prokuror Kamran Əliyevə müraciət edərək bu istiqamətdə təhqiqat aparılmasını xahiş edib. Jurnalist bildirib ki, gömrük şefi Bağırov və agentlik sədri Təhməzli barəsində yoxlama olmalıdır. Hər iki məmur xaricdən idxal olunan keyfiyyətsiz məhsulların bazarlara çıxmasına şərait yaradırlar. Halbuki əhali və dövlət onlara güvənib, inanıb ki gömrük və qida agentliyi bu sahəyə nəzarət edir. Onlar isə...(Anaxeber.info)
Aftv.az
Xalqa zəhər yedirən iki məmur - Şahin Bağırov və Qoşqar Təhməzli haqda Baş Prokurora müraciət edildi
Gündəm / Cəmiyyət
16, apr, 2024
14:47
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30