Xocalı soyqırımı – qan yaddaşımız! Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Amma bunu bacarmadılar. Çünki, güclü ordumuz buna imkan verə bilməzdi.
Faciədən illərin keçməsinə baxmayaraq, Azərbaycan xalqı qanlı hadisəni ürəkağrısı ilə xatırlayır. Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq salınmış “Ana harayı” abidəsinə hər kəs baş çəkir. fevral ayının 20-dən sonra abidəni ziyarət etmək üçün hər gün yüzlərlə insan oraya gəlir, qurbanların xatirəsini yad edirlər. Ziyarətimiz zamanı elə biz də bunun şahidi olduq –
hər kəs hüzn içində idi. Hamı abidəni ziyarət etməyə üz tuturdu. O günləri hər kəs kədər hissi ilə xatırlayırdı. Bəli... Əli yalın, silahsız insanlarımızın düşmənin qarşısına keçməsi yalnız bizim mərd xalqımıza yaraşırdı. Ziyarət zamanı mənim diqqətim insanlarda idi. Onları digər illərlə müqayisədə daha qürurlu görürdük. Faciənin simvolu sayılan qərənfili hər kəs günahsız qurbanların üzərinə qürur hissi ilə qoyurdular. Çünki, onların intiqamı düşməndən alınmışdı. Bəli... "44 günlük müharibədə "canlarından keçmiş şəhidlərimizin, qazilərimizin, güclü ordumuzun sayəsində Xocalı qurbanlarının və şəhidlərimizin qarşısında artıq hər kəsin alnı açıq,üzü ağ idi. Həm kədərləndik, həm də qürurlanırdıq. İtirdiklərimiz üçün kədərli idik. Qalibiyyətimiz və güclü ordumuz olduğu üçün isə qürurlu idik. Ziyarət zamanı abidənin önündə balaca igidlərimizi də görürdüm. Bu onu bir daha sübut edirdi ki, bizim güclü ordumuzun davamı var və olacaq.
Artıq biz güclü orduya, hərbi gücə malik bir ölkəyik. İkinci Qarabağ müharibəsində qalib gəldik, torpaqlarımızı işğalçılardan təmizlədik. Xocalı bu gün azaddır, orada üçrəngli bayrağımız dalğalanır. Xocalı qurbanlarının ruhu da şaddır. Bundan böyük xoşbəxtlik ola bilməz.
Düşünürəm ki, bizim qalib millət, xalq olmağımızı bizə yaşadan Ali baş komandan İlham Əliyevə borcluyuq. Çünki, onun bircə göstərişi ilə ordumuz irəli getdi və qalib ölkə olduq. Bu gün biz qurbanlarımızın intiqamını almışıq və torpaqlarımıza qovuşmuşuq. Allah bir daha xocalı qurbanlarına rəhmət etsin.
Xocalı faciəsi qan yaddaşımız!
Cəmiyyət
26, fev, 2025
08:37
Son xəbərlər
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34
Qazaxda avtomobil 12 yaşlı qızı vurdu
17, okt, 2026
19:31
Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
17, okt, 2026
19:27
Batrakov "Barselona"ya təklif olunubmuş
17, okt, 2026
16:07
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
17, okt, 2026
16:02
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
17, okt, 2026
15:59
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
17, okt, 2026
15:49
Azərbaycan nefti ucuzlaşdı: Son qiymət
17, okt, 2026
15:47
Sabah 31 dərəcə isti olacaq - 18.10.2026
17, okt, 2026
15:44