Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə "Azercell" daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və "Azercell2 abunəçinin balansından 2 AZN siləcək.
Bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib. Oxucumuz hesab edir ki, "Azercell"in bu qərarı oğurluqdur: "Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin? Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir. "Azercell"də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir".
Şikayətçi bildirir ki, abunəçi balansını kredit vasitəsi ilə və ya "Paycell" vasitəsi ilə artırsa belə, bu, aylıq sərfiyyat limiti kimi hesablanmır: "Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa, əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu, yalnız Azərbaycanda var. Xatırladım ki, "Azercell" bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay (müraciət redaksiyamıza dekabr ayında daxil olub-red.) isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. "Azercell" isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da aşağı düşüb. Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib, abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz".
Oxucumuzun toxunduğu başqa bir məqam isə "Azercell" şirkətinin maliyyə hesabatı ilə bağlıdır. İ.Məmmədkərimov bildirir ki, şirkət 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb: "Artıq 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də, həmin vaxt təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi yəni maliyyə hesabatı may ayında açıqlanmışdı.
Maliyyə hesabatını gizlətməyin bir səbəbi var: Bildiyiniz kimi 2018-ci ildən "Azercell" dövlət şirkətidir və "TeliaSonera" 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra "Azercell" 2018-ci ilədək 3 il zərərlə çalışıb. Rabitə Nazirliyi məcbur olub "Azercell"in 51%-lik payını "TeliaSonera"dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, "Azercell" gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər "Azercell"in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür şirkətdə narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər".
Bütün qeyd edilənlərlə bağlı "Azercell" şirkətindən açıqlanan mövqedə bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir: "Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. "Azercell" olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər "Azercell" tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlmışdır: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1734726491/347969.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər".
Şirkətdən 2023-cü ilin maliyyə hesabatı ilə bağlı oxucunu narahat edən suallara cavab verilməyib.
AFN.az
Aftv.Az
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Cəmiyyət
9, yan, 2025
12:25
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30