Vüqar Həşimovun partlayışda yaralanan atası vəfat etdi

Cəmiyyət
8, yan, 2025 16:37

Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada vəfat edib.
Bu barədə  Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun bu gün saat 12:55-də ölüm faktı qeydə alınıb:
“Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. 
Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Q.Həşimov bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub”.
Qeyd edək ki, 3 dekabr 2024-cü ildə yaşadıqları evdə baş verən partlayış nəticəsində mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.
Aftv.Az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30