Dünyanın ən çox oxunan və tanınan biznes jurnallarından biri olan “Forbes”, Azərbaycanda texnoloji yeniliklərlə bağlı araşdırmasında Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinə müraciət edib. Bu çərçivədə jurnal, “Veysəloğlu”nun tanınmış beynəlxalq brendlərlə əməkdaşlığına və tətbiq etdiyi texnoloji yeniliklərə geniş yer ayırıb.
Məqalənin girişində qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda aparıcı işəgötürənlərdən biridir:
“Şirkətlər Qrupu bazara daim beynəlxalq təcrübələri, yeni məhsul və markaları təqdim etməyə üstünlük verir. Dünyaca məşhur Rossmann, SPAR və Entree ilə əməkdaşlıq bu qəbildəndir”.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, “Forbes” jurnalına verdiyi eksklüziv müsahibəsində Şirkətlər Qrupuna aid olan “Araz”-ın SPAR şəbəkəsini françayzinq hüququ ilə idarə edərək yerli sahibkarlar üçün yeni biznes imkanları yaratdığını izah edib:
“Azərbaycanda SPAR brendi ilə mağaza açmaq istəyən sahibkarlara, biznes planının hazırlanmasından mağazanın açılışına kimi bütün mərhələlərdə təcrübəli Araz mütəxəssisləri tərəfindən dəstək göstərilir. Eyni zamanda, müxtəlif müstəqil yerli sahibkarlara məxsus pərakəndə mağazalar SPAR beynəlxalq standartlarından və Araz təcrübəsindən yararlanaraq məhsulları daha münasib qiymətə və sərfəli şərtlərlə təqdim edə bilərlər”.
Məqalədə qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu biznes peşəkarlığının artırılmasına, rəqabətədavamlı faydalar yaratmağa və insan resurslarını saxlamaq üçün müsbət iş yeri mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirir.
Aydın Talıbov vurğulayıb ki, müasir tələblərə cavab vermək üçün Veysəloğlu Şirkətlər Qrupu bir sıra ERP həlləri tətbiq edib. Bu istiqamətdə əsas diqqət SAP layihələrinə yönəldilib:
“Qrupa məxsus SAP portfelinə satış, satınalma, maliyyə, logistika, insan resursları, anbar idarəetməsi və pərakəndə həlləri kimi 30-dan çox modul daxildir. Bundan əlavə, SAP F&R (Proqnozlaşdırma və Doldurma) tətbiqi inventar idarəetməsini təkmilləşdirib, mağazalarda optimallaşdırılmış doldurma proseslərini və pərakəndə biznes üçün ümumi təchizat zəncirinin səmərəliliyini artırıb. SAP aATP-dən istifadə etməklə Veysəloğlu Şirkətlər Qrupu real vaxt rejimində əlçatanlığa nail olub, tələbin daha dəqiq proqnozlaşdırılmasına və anbarın səmərəli doldurulmasına imkan verib. Bu da optimal ehtiyat səviyyələrini təmin edir və əməliyyat xərclərini azaldır. Nəticədə, SAP həlləri tətbiq olunan bütün biznes sahələrimizdə proseslər avtomatlaşdırılıb”.(xalqxəxəbər.az)
Aftv.Az
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Cəmiyyət
8, yan, 2025
16:07
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30