Təyyarə qəzasında yaralananlar və həlak olanlar Bakıya gətirildi - VİDEO (YENİLƏNİB)

Cəmiyyət
26, dek, 2024 20:52

Bu gün Aktau şəhərindən Bakıya iki hava gəmisi "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarə və Azərbaycanın FHN-nin amfibiya təyyarəsi gələcək.
"Unikal" xəbər verir ki, AZAL-ın təyyarəsi qəza nəticəsində yaralanan 7 nəfəri və həlak olan 4 sərnişinin cəsədini Bakıya çatdıracaq. Daha 7 yaralı Azərbaycanın FHN-nin təyyarəsi ilə təxliyə ediləcək.
Xatırladaq ki, AZAL aviaşirkətinə məxsus "Embraer 190" tayyarəsi Bakıdan Qroznı şəhərinə uçarkən Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub.


Aftv.Az

Son xəbərlər