"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

Cəmiyyət
26, dek, 2024 20:49

Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları - deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.
Aftv.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Məlumata görə, iddiaçı tərəf - "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.
"Aqrarkredit" QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıblar.
Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30