“Hər şey yaxşı olacaq” deyən Hökümə FOTOLARDA

Cəmiyyət
26, dek, 2024 13:38

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysi ilə uçan "AZAL"ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 
"Unikal" xəbər verir ki, həlak olanlar arasında sərnişinləri son ana qədər sakitləşdirməyə çalışan, "Hər şey yaxşı olacaq" deyən stüardessa Hökümə Əliyeva da var.

Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 612 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də bitirib. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başlayıb, daha sonra stüardessa kimi fəaliyyət göstərib. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi işə başlayacaqdı.
  • “Hər şey yaxşı olacaq” deyən Hökümə FOTOLARDA
  • “Hər şey yaxşı olacaq” deyən Hökümə FOTOLARDA
  • “Hər şey yaxşı olacaq” deyən Hökümə FOTOLARDA


Aftv.Az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30