Azərbaycanda sabiq deputat vəfat etdi

Cəmiyyət
25, dek, 2024 18:33

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.
Aftv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 72 yaşlı Qəribov Bakıda dünyasını dəyişib. O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək.
Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş "Debutbank"ın və bir neçə digər iri kommersiya müəssisəsinin sahibi idi.
F.Qəribov parlamentin üçüncü və dördüncü çağırış (2005-2015) deputatı olub.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30