Astarada qayınata gəlini və dörd nəvəsini evə buraxmır

Cəmiyyət / Video
20, dek, 2024 13:50

Astarada ana dörd azyaşlı övladı ilə birlikdə qayınatası tərəfindən yaşadığı evdən qovulub.

Aftv.az Real TV-yə istinadən xəbər verir ki, Azadə Abdullayevanın qalmağa evi var, lakin 2021-ci ildə qayınatası Bakıdan Astaraya köçərək onlara zülm etməyə başlayıb.

A.Abdullayeva bildirib ki, yoldaşı Talehin görmə imkanları məhduddur və başqa gedəcək yerləri də yoxdur:

"Qayınatamın adı Mirzədir, bütün gün evdə olmur, amma axşamlar gələrək övladlarıma qışqırır, bizi evdən qovmaqla hədələyir. Yoldaşıma da deyib ki, məni boşasın. Boşanmadığımız üçün bizi evdən atır", - o bildirib.

Ətraflı süjetdə:

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30