"Təzadlar" qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) məhkəməyə verməyə hazırlaşır...
Bu barədə jurnalist Asif Mərzili "KontrastTV"yə özü məlumat verib.
Bəs məhkəmə iddiasına səbəb nədir? Asif Mərzili əməkdaşımıza bunları dedi: "...Məsələ belədir: redaksiyanın ehtiyacları üçün idarə etdiyim "Mersedes- Benz" markalı avtomobilimi hər il texniki baxışdan keçirərək dövlət büdcəsinə 90 manat pul ödəyirəm. Üstəlik, illik icbari sığortaya görə də dövlət büdcəsinə əlavə 80 manat vergi ödəməli oluram.... (Mən hələ məcburi qayda pozuntularına görə (paytaxtdakı tıxaclardan can qurtarmaq üçün bəzən alternativ yol axtararkən məcburən tək və ya qoşa xətti kəsərək dönmə əməliyyatı edir, yaxud eyni səbəbdən məcburən avtobus yoluna keçmə səbəbindən və s.) dövlət büdcəsinə hər ay ən azı 40-80 manat cərimə formasında edilən ödəməni demirəm). Lakin uzun müddətdir ki, şəxsi avtomobilimdən paytaxtdakı tıxaclar səbəbindən istifadə edə bilmirəm. Bütün bunlara səbəb isə odur ki, AYNA paytaxtın mövcud yollarını genişləndirmədən, biz sürücülərin hüquqlarını tapdayaraq yolları süni surətdə daraldıb süni tıxaclar yaratmışdır. Məsələn, Xocalı və nəqliyyatın axınlı olduğu digər əsas yolların bir zolağını parklamaya, bir zolağını avtobusa, bu da bəs deyilmiş kimi, bir zolağını da velosipedə ayıraraq biz sürücülərin onsuz da tıxacla yüklü yolunu 3 dəfə daraltmışdır. Nəticədə Bakıda yollar görünməmiş halda tıxacla dolub- daşır, sürücü və sərnişinlər müntəzəm olaraq gün ərzində saatlarla tıxacda qalır. Bu isə normadan 3-5 dəfə artıq yanacaq sərfiyyatına gətirib çıxarır. Üstəlik, yol polisinin iş fəaliyyətini daha da gərginləşdirmiş olur... Ən vacibi, Bakının ekologiyası görün bu səbəbdən nə hala düşməkdədir!!! Bu COP29 kimi bəşəri bir niyyətli tədbirə ev sahibliyi etmiş Bakımıza mənəvi zərbədir! Əgər mən əvvəllər yaşadığım ərazidən iş yerim olan "Azərbaycan" nəşriyyatına 9 dəqiqəyə gedirdimsə və 10 manatlıq yanacaq təxminən 1 həftəyə bəs edirdisə, indi həmin yolu 35-40 dəqiqəyə qət etməklə, 10 manatlıq yanacaq 1,5 günə güclə çatır. Beləliklə, AYNA- nın paytaxt yollarını əsassız olaraq daraltması nəticəsində həm hər gün iş saatlarımı itirir, üstəlik, məcburən tıxaclarda külli miqdarda yanacaq yandırmaqla ay ərzində böyük miqdarda maddi ziyana düşürəm. Bu isə mənim jurnalist, vətəndaş və sürücü olaraq ildə texniki baxışına və icbari sığortasına görə dövlət büdcəsinə xeyli miqdarda vəsait ödədiyim şəxsi avtomobilimdən istifadə imkanlarımı əlimdən alır. Ona görə də artıq xeyli müddətdir həmin avtomobilimdən istifadə edə bilmirəm...".
Asif Mərzili bildirdi ki, bununla bağlı iddia ərzisəni tezliklə məhkəməyə təqdim edəcək. Baş redaktor iddia ərizəsində məhkəmədən AYNA-nın üzərinə süni tıxaclara səbəb olan yolları daraltmaqla sürücülərin nəqliyyat vasitələrindən qanuni istifadə hüququnu məhdudlaşdıran maneələrini dərhal aradan qaldırma öhdəliyini qoymağı xahiş edib.
"Təzadlar"
Aftv.az
Baş redaktor AYNA-nı məhkəməyə verəcək... - BUNA GÖRƏ...
Cəmiyyət
10, dek, 2024
13:18
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00