Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb? VİDEO

Cəmiyyət / Video
28, noy, 2024 16:57

Paytaxtda hələ də istiliklə təmin olunmayan məktəb binası var.

Xezerxeber.az-ın məlumatına görə, havaların soyumasına baxmayaraq, paytaxtın Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli tam orta məktəbə hələ də istilik verilməyib. Çarə kimi siniflərə elektrik qızdırıcıları qoyulub.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən məktəb "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Yasamal rayonu ərazisində çəkilən qaz xəttində xəta baş verdiyindən məktəbə istilik verilməsində fasilə yaranıb.

"Azəristiliktəchizat"dan bildirilib ki, yaranmış problem sabah gün ərzində aradan qaldırılacaq.

Ətraflı süjetdə:


Aftv.az


Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30