Siyasətdə məşhur söz var - xalqın necə yaşadığını bilmək üçün onun soyuducusuna baxmaq lazımdır. Bu vaxt millətin mədəsini və güzəranını soyuducu güzgü effekti ilə qaytaracaq. Azərbaycan isə neft-qazla zəngin, Şərqlə Qərbin arasında körpü olan tranzit bir ölkədir, logistika cəhətdən gəlir gətirən coğrafiyada yerləşir.
Di gəl, çi fayda?! Bu iqtisadi dividendlərin nəticələrini xalqın soyuducusunda görmək olarmı? Əlbəttə, yox! Azərbaycan xalqı yeraltı sərvəti olmayan ölkələrin əhalisi ilə müqayisədə daha varlı yaşamalıydı. Hətta inkişaf etmiş Qərb dövlətləri bir yana, heç olmasa Küveyt, Qətər ola bilərdi. Amma Azərbaycan Nigeriyanın vəziyyətindədir. Bununla belə, parlamentdə gedən büdcə müzakirələri zamanı deyilən deputatların dediyi fikirləri eşidəndə adamın əli lap üzündə qalır. Onların çıxışlarını eşidəndə adam deputatların yerinə qızarır, amma millətin bəzi vəkilləri qətiyyən xəcalət çəkmirlər. Elə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də parlamentin üzvlərindən geri qalmır, elə danışır, elə danışır, sanki xalqın borcu var. Bir minnət qoyurlar, bir borclu çıxarmağa çalışırlar ki, deyərsən, xalq yalandır, məmurlar, deputatlar düz. İntəhası, son müzakirələr zamanı bir sıra diqqət çəkən məqamlar oldu: xüsusən də nazir Sahil Babayevin fəaliyyətinə yönəlik çıxışlar ikiyə haçalandı. Bir tərəf naziri möhkəm tənqid etdi, bir tərəf isə onu yüksək səviyyədə müdafiə etdi, eləcə də spiker Sahibə Qafarova nazirə sahib çıxdı. Anaxeber.info bildirir ki, tənqidlər son dərəcə sərrast idi. Məsələn, deputat Siyavuş Novruzov hamının çoxdan dediyini dilə gətirdi və dedi ki, özünüməşğulluq proqramı çərçivəsində fermerlərə verilən inəklər arasında xəstə heyvanlar olur, onlar da ölürlər. Ardınca həmkarı Səyyad Salahlı vurğuladı ki, Qarabağ veteranına verilən 80 manat müavinət nəinki azdır, hətta ayıbdır. Əlbəttə, bu reallıqlar çoxları tərəfindən dəfələrlə deyilib. Amma bu dəfə danışan iqtidarın deputatları, hakim partiyanın siyahısından parlamentə düşənlər idi. Doğrudur, sonra Səyyad Salahlı anladı, yaxud ona anlatdılar ki, belə danışmaqla barıtı çox edib, ona görə büdcə müzakirələrinin ertəsi günü "səhvi"ni düzəltməyə çalışdı, qeyd elədi ki, əhali yaxşı yaşayır, hətta belə də danışdı - xırda-mırda problemlər var. Spiker Sahibə Qafarova da ona "göz vuraraq" dedi ki, Səyyad müəllim, siz də problemləri qlobal səviyyədə təqdim etməyin, xırda-mırda şəkildə çatdırın. Bütün hallarda, hər iki deputat nazir Babayevin korrupsioner, yarıtmaz fəaliyyətini ifşa etmişdilər, sonradan deyilənlər isə malalamaq məqsədi daşıyır. Amma müşahidələr göstərir ki, Sahil Babayev parlamentdə təklənmədi, onun müdafiəsinə qalxanlar da oldu, xüsusən də parlamentin sədri onu müdafiə etdi. Bəzi təhlilçilərə görə, parlamentdə nazir Babayevi tənqid və tərif edənlərin ikiyə bölünməsi hakimiyyət daxilindəki qrupların toqquşmasından xəbər verir. Hərçənd, bu çıxışlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparılmalı, müavinətlərin verilməsi, əlillik dərəcələrinin təyin olunması, verilən heyvanların xəstə olması və ölməsi, qazilərə verilən pulun azlığı barədə hökumətdə bir hərəkətlilik olmalı idi. Amma görünür ki, nazir Sahil Babayevi qoruyan və müdafiə edən qrup daha güclü çıxdı. Yəni yola onunla davam edilməsi mümkündür. Hərçənd, parlament tribunasından Babayev ciddi şəkildə "vuruldu" və ölkənin siyasi rəhbərliyi bu nazirlikdə nələr baş verməsini məhz deputatların dilindən eşitdi. Ümumiyyətlə, ölkədə ən çox narazılıq doğuran, ilk gündən ən çox şikayətlər olan, rüşvət, barəsində ən çox korrupsiya, yeyinti faktları ortaya qoyulan qurum ƏƏSMN-dir. İndiyə qədər qazilərin çoxsaylı şikayətləri, nazirlik önündə etirazları, vətəndaşların ünvanlı sosial yardım və özünüməşğulluq proqramları barədə açıqladığı faktlar sübut edir ki, kütləvi narazılıq mövcuddur. Sosial təminat sahəsində vəziyyətin bərbad olduğu göz qabağındadır. Amma büdcədən ən az xərclər də sosial sahəyə yönəldilir. Halbuki büdcə sosialyönümlü olmalıdır, əhalinin təminatı aşağıdır, gəlirləri az, xərcləri çoxdur, hər şey bahalaşıb və məmurların bərq vuran malikanələri, milyonluq maşınlarının altında inildəyən kasıb təbəqənin narazı olması təbiidir. Ona görə hökumət postmüharibə dövründə sosial təminat sahəsində genişmiqyaslı iş aparmadı. Axı veteranlara verilən 80 manat bir ortabab məmur üçün heç ayaqqabı pulu deyil. Bu da sosial narazılığı artırır. İndisə parlamentdə deputatların bu faktları deməsi göstərir ki, reallıqları təkcə media, siyasətçilər görmürdü, hakimiyyət də bilir, qanunverici orqanın üzvləri də, nazir Babayev də... Amma bu dəfə də onu qorumağa çalışdılar. O zaman varı ölkənin kasıb vətəndaşı kimi yaşamağa davam...
(Azər Talıbov
Anaxeber.info)
Aftv.az
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Cəmiyyət
28, noy, 2024
12:29
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30