26-27 noyabr tarixlərində Monteneqronun Budva şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin Konfransı keçirilib.
Xalqxeber.az xəbər verir ki, Avropa regionundan 55 ölkənin 123 üzv təşkilatından təxminən 500 nümayəndənin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub. Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub. Eyni zamanda, konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.
Tədbirdə Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, baş katibi David Edvard, Təhsil üzrə Avropa Həmkarlar İttifaqının prezidenti Larri Flanagan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə koordinatoru Jelmer Evers, həmkarlar ittifaqı liderləri, elm və təhsil üzrə ekspertlər, eləcə də ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak ediblər.
Təhsilin qarşısında duran çətinliklərə həsr olunmuş çıxışlarda dövlət məktəblərinin azalması, özəl təhsil müəssisələrinin artması, təhsilə ayrılan büdcələrin azaldılması və peşəkar müəllim çatışmazlığı kimi məsələlər xüsusi vurğulanıb.
Konfrans zamanı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib. Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.
Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də İcraiyyə Komitəsinə namizəd göstərilib və böyük səs çoxluğu ilə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.
İcraiyyə Komitəsinin ilk iclasında çıxış edən Araz Paşayev ona göstərilən etimada görə iştirakçılara təşəkkür edib və ATİAHİ-nin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük üzv təşkilatı kimi təhsil işçilərinin hüquqlarının qorunmasında gördüyü işlər barədə məlumat verib.
Səfər çərçivəsində Araz Paşayev Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş prezidenti Con Makqabhann və direktor Jelmer Evers ilə təkbətək görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Aftv.az
ATİAHİ sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib - FOTO
Cəmiyyət
28, noy, 2024
12:24
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00