“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə deputat bildirib.
Bəs uşaqlar üçün bunun psixoloji təsiri varmı? Yəni, həmin vaxt valideyn uşağın yerini dəyişmək istəyirsə, o zaman bu şagirdin psixologiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı “Cebhinfo.az”-a açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, dövlət əgər dəyişiklik edəcəksə, bu, uşaqların xeyrinə olacaq.
Psixoloq-pedaqoq bu qərarın uşaqlara psixoloji cəhətdən heç bir pis təsiri olmayacağını bildirib:
“Məktəbəqədər müəssisələrin, bağçaların açılmasını, yeni işlərin qurulmasını dəstəkləyirəm. Çünki yeni bağçaların tikilməsi yeni iş yerləri və yeni insanların əməyə cəlb olunması deməkdir.
Amma burada bir nüans var, dövlət bunu boş yerə etmir və bu məsələlərin üzərində xeyli düşünür. Məsələn, bu il özəl bağçalarla dövlət arasında qrand layihəsi oldu. Layihədə bağçadan kənar qalmış, yerləşdirilə bilməyən uşaqlar üçün qrand ayrıldı.
Beləliklə, özəl bağçalara dövlət təminatı ilə uşaqlar qəbul olunmağa başlayır. Yəni bunun özü də böyük bir prosesdir. Məktəblərlə bağlı sıxlıq yəqin ki, əhalinin rayonlardan daha çox böyük şəhərlərə gəlməsi ilə əlaqədardır.
Psixoloji nöqteyi-nəzərdən şəhər mühiti həmişə cəlbedici olub. Şəhər daima maraqlı olub və yaşamaq üçün daha rahat bir yerə çevrilib”.
O bildirib ki, əgər uşaqlar, şagirdlər olduqları yerdən daha pis yerə keçsəydi bu, onlarda travma yaradardı:
“Bu məsələdə uşaqların psixologiyasına mənfi təsir edəcək heç nə baş vermir. Əgər uşaqlar yerlərini dəyişib daha pis yerə getsəydilər əlbəttə, bu, onlarda travma yaradardı.
Lakin onlar kənd məktəbindən rayon və şəhər məktəbinə gələcək. Onlar daha da inkişaf edəcəklər. Bəzən ola bilər ki, uşaqlar hansısa müəllimlərinə psixoloji bağlansınlar.
Amma uşaqların böyüməyi də elə bağlılıqlarından qopmaqları ilə əlaqəli olur. Yəni bunun bir problemi olmayacaq. Kənd məktəbi ilə şəhər məktəbi arasında şəraiti, istiliyi, yerləşməsi olsun, nə qədər fərq var. Yəni uşaq pisdən yaxşıya keçəcək.
Hər hansı bir məktəb bağlansa belə yəqin ki, təmirsiz, keyfiyyətsiz məktəbi seçib, yaxşını saxlayacaqlar. Düşünürəm ki, bu qərarın uşaqların psixologiyasına mənfi təsiri olmayacaq”.
Aftv.az
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Cəmiyyət
27, noy, 2024
17:38
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30