"İstehlakçı hüquqların məhkəmə müdafiəsinə məhkəmələrin özlərinin kobud qadağa qoymaları faktları yetərincədir. Ən çox sınanılan qadağa metodu ərazi aidiyyatının pozulması bəhanəsidir. Məhkəmələr MPM-in 35-ci maddəsinin , yəni iddianın cavabdehin olduğu yerin məhkəməsinə verilməsi tələbinin pozulduğunu əsas tutub iddianı geri qaytarırlar".
Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Gerçəkdə belə halda işin aidiyyatı məhkəməyə göndərilməsi qanunvericilikdə doğrulanması bir yana, axı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialarda məhkəməni seçmək iddiaçıya məxsusdur. MPM-in 36.9 və 36.13-cü maddələrində belə yazılıb. Di gəl, məhkəmə hakimiyyəti prosessual qanunvericiliyi qeyri- prosessual sövdələşmədən aşağıda tutur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsində yazılıb: “İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.” Bu qanun, bu prosessual məcəllə, bu da məhkəmənin qeyri-prosessual yanaşma metodu! Hətta istehlakçı hüquqlarının kassasiya müdafiəsinə də qadağa qoyulub. Halbuki MPM-in 402-ci maddəsi belə işlərdə kassasiya şikayəti verilə bilməsini doğrulayır. Di gəl, kommunal, xidmət qurumunun qeyri-prosessual basqısı altında bir çox hakimlər 3-5 manatı yüksək hakim adından, andından üstün tuturlar.
Rabitə, internet xidmətinin standarta uyğunsuzluğu, göstərilməyən xidmət adına şişirtmə haqq tələb edilməsi, istehlakçıların zorakı xidmətə məcbur edilərək xətlərinin kəsilməsi, balanslarının silinməsi adi hal alıb. Zorakı xidmətə baxın, xidmət qurumu qanunsuz, istehlakçıya əlverişli olmayan müqavilə şərti diqtə edir və razılaşmayanları, xidmətdən imtina edənləri cərimə ilə cəzalandırır. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14.2 maddəsinə görə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşiddə mal almağa və xidmət göstərilməsinə məcbur etmək QADAĞAN EDİLİR. 16-cı maddədə isə yazılıb: “ Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını MƏHDUDLAŞDIRAN müqavilə şərtləri ETİBARSIZ sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir”. Vurulan zərərin ödənilməsi görəvi uyğun dövlət icra hakimiyyəti qurumlarının– Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi , İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin üzərinə qoyulsa da, bu agentliklər susmağa, ən yaxşı halda, hüquqpozucu xidmət qurumlarının qanunsuz cavablarını təkrar etməklə məşğuldurlar.
Bəs məhkəmə? Vurğuladığımız kimi, məhkəmə çeşidli bəhanələrlə iddianı geri qaytarmaqla, vətəndaşın, istehlakçının məhkəmə müdafiəsi hüququna qadağa qoymaqla istehlakçı hüquqlarını “qoruyur”. Mobil rabitə xidmətinin eyni gündə Qarabağ qazisinin istifadəsində olan dörd bağlı nömrəni zorakı xidmətə qoşub, toplam 90 manatı silməsi özbaşınalığından Xətai məhkəməsində qaldırılan iddianın “bəxtinə” də “geri qaytarılma” yazılıb”. Hakim Şəhriyar Əliyev elektron kabinetdən “elektron imza” ilə imzalanmış iddianı imzalanmadığı “əsası” ilə geri qaytarıb. (?) Yəqin cavabdehin qeyri-prosessual sifarişi prosessual qanunvericilikdən, Konstitusiyadan elə səviyyədə üstün olub ki, məhkəmə elektron kabinetdən verilən sənədin “elektron imza” ilə imzalandığını “unudub”. İndi Məhkəmə Hüquq Şurası bu “unutqanlığa” qiymət verməyə borcludur".
Aftv.az
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Cəmiyyət
26, noy, 2024
12:24
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00