Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub.
Aftv.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.
Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb.
“Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək istəyən xəstə əvvəlcə Bilgəhə getməli, həkimlə görüşdükdən sonra yenidən şəhərə, Respublika Klinik Xəstəxanasına qayıdıb lazımi tibbi aparatlardan keçməli və sonda yenə də Bilgəhə qayıdaraq həkimə nəticələri təqdim etməlidir. Bu isə bizim yollarda qalmağımız deməkdir”, – deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasından bildirilib ki, xəstəxananın I korpusunda yerləşən 6 şöbənin (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməsinə əsas səbəb Modul tipli xəstəxanada çarpayı fondunun müraciət edəcək pasiyentləri qəbul edə bilmək imkanına malik olmasıdır:
“Əlavə olaraq bildirək ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.
Qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir”.
“Hazırda Modul tipli xəstəxanada instrumental-diaqnostik müayinələr də həyata keçirilir. Elektrokardioqram (EKQ), ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektroensefaloqrafiya (EEQ) və rentgenoqrafiya üçün avadanlıqlar mövcuddur.
İxtisaslı həkimin göstərişi əsasında yalnız kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri üçün Respublika Klinik Xəstəxanasına göndəriş təqdim olunur”, – məlumatda vurğulanıb.
“Respublikanski” “köçürüldü”, xəstələr yollarda qaldı
Cəmiyyət
19, noy, 2024
17:13
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30