Əsabəli Mustafayev nitqini itirib - Ailəsi dedi

Cəmiyyət
15, noy, 2024 17:41

Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.
Aftv.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə onun xanımı Zemfira Mustafayeva məlumat yayıb. 
O, müalicənin ev şəraitində davam etdirildiyini bildirib: "Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və qaydasına düşəcək”. 
Əsabəli Mustafayevə Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30