“Siracoglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
"Azərbaycan Reallığı" xəbər verir ki, “Siracoglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Siracoglu” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:
“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.
Qeyd edək ki, “Siracoglu” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İradə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun oğluna məxsus olduğu deyilir. AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.
“Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.
Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR... -İŞİ ARAŞDIRILIR...
Cəmiyyət
7, noy, 2024
11:26
Son xəbərlər
Generalın oğluna yeni vəzifə verildi
21, noy, 2024
18:03
Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir
21, noy, 2024
17:08
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
21, noy, 2024
16:52
Jurnalist həbsxanada aclığa başlayıb
21, noy, 2024
16:43
Nazir maaşlardan danışdı: 80-90 manat etsək...
21, noy, 2024
11:54
Bakı Fuad Nəcəflini təkzib edir: "Pullar düzgün xərclənmir!"
21, noy, 2024
11:28
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21, noy, 2024
10:58
Bakıda daha bir məşhur plastik cərrahdan şikayət var - FOTO
20, noy, 2024
21:35
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
20, noy, 2024
21:03
QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20, noy, 2024
20:49
Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ
20, noy, 2024
15:32
Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
20, noy, 2024
15:04
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
20, noy, 2024
14:57
MN-də vəzifə alan 37 yaşlı general bu məşhurun oğlu imiş
20, noy, 2024
14:52
Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq - Nazir səbəbini açıqladı
20, noy, 2024
14:48
Sən Allah, gedin ayıbınıza kor olun...
20, noy, 2024
13:08
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edib
20, noy, 2024
13:05
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20, noy, 2024
12:29
İcra başçısının oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTOLAR
20, noy, 2024
11:46