2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmək, müstəqilliyimizi daimi etmək üçün haqq savaşına çıxdıq və bu yoldan qalib olaraq qayıtdıq. Bu, Azərbaycan gənclərinin müstəqillik tarixində qarşısında duran vəzifəni layiqincə yerinə yetirməsi idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz tamlığına qovuşdu. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hər kəsi qürurlandırdı. Bu, eyni zamanda, bir daha onu göstərdi ki, ərazi bütövlüyümüzün tamlığı, suverenliyimiz, müstəqilliyimiz yoldunda hər bir Azərbaycan əsgəri, zabiti canından keçəməyə hazırdır. Bu günki Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır və ölkəmizin əldə etdiyi bütün uğurların təməlində Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, paytaxt Bakımızda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 7-də Bakı şəhəri, Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər Günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. Belə ki, məktəbin müəllim-şagird kollektivi 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi əlillərinə və igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
177 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova çıxış edərək görüş iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. Arzu Süleymanova əlamətdar və tarixi gündə onlarla bir yerdə olduqlarına, məktəblilərin təşkil etdiyi bayram tədbirində iştiraklarına görə qazilərə razılığını ifadə edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduqlarını, gələcəyimiz olan gənclərə, məktəblilərə onların keçdikləri döyüş yolunu, qəhrəmanlığını hər zaman nümunə çəkdiklərini vurğulayıb, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini söyləyib. A.Süleymanova qeyd edib ki, məktəbin kollektivi olaraq bizim üçün qürurvericidir ki, şəhidlərimizin bizlərə əmanət olan övladlarına, qazilərimizin övladlarına dərs demək, bilik öyrətmək, onları ataları kimi vətənpərvər yetişdirmək hər bir müəllim üçün böyük qürur və fəxarətdir.

















177 nömrəli tam orta məktəbdə Zəfər Günü qeyd olunub – FOTO
Cəmiyyət
7, noy, 2024
11:22
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00