"Sizinlə son zamanlar olduqca mənfi bir tendensiyanın yayılması barədə fikrimi bölüşmək istərdim: deməli, 10-15 il öncə müdafiə edilərək bütün instansiyalardan keçib imtina almış və heç bir elmi dəyəri olmayan bir dissertasiya, əgər kifayət qədər "güclü" adamlarınız və maliyyə imkanınız varsa, AMEA-nın prezidenti tərəfindən xüsusi təşəbbüslə yenidən gündəmə gətirilir. AMEA rəhbəri öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edib və illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı qeyd edib.
O daha sonra əlavə edib: "Bu məsələdə iki əsas tərəf var. Birinci tərəf, müraciət edən akademiklər – onlar hansı şəxsi və ya maliyyə maraqlarına görə bu addımı atırlar? Bu, açıq şəkildə vəzifədən sui-istifadə, korrupsiya və rüşvət mexanizminin təzahürü kimi görünür.
İkinci məsələ isə bu hadisənin mənəvi və etik tərəfləri: belə bir addım elmi dəyərlərə, elmin obyektivliyinə və dürüstlüyünə ziddir və eyni zamanda gənc tədqiqatçılara qarşı haqsızlıqdır! Belə bir tendensiya Azərbaycan elminin nüfuzuna və dəyərlərinə zərbə vurur, eyni zamanda ictimai etimadın azalmasına səbəb olur.
Elmin müstəqilliyi və obyektivliyi naminə bu kimi halların ciddi şəkildə araşdırılması və qarşısının alınması çox vacibdir. Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil müəllim, bu mənfi tendensiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirərək, Akademiya daxilində baş verən intriqaların, rüşvət və korrupsiyaya meylli halların Komissiya səviyyəsində qarşısını almaqda prinsipial mövqe sərgiləyəcəkdir!"
"DİA-AZ" bildirir ki, bu çağırışnın ardından Günel Aslanlı daha sonra AAK rəhbərliyinə kifayət qədər ümid bəslədiyini də gizlətməyib:
"Mən inanıram ki, AAK-ın sədri, hörmətli Famil müəllim, bütün bu mənfi hallara qarşı prinsipial mövqe nümayiş etdirərək elmin şəffaflığını və obyektivliyini qorumaq üçün çalışır və çalışacaq. Hər cür saxta fəaliyyətin qarşısını almaq üçün əlindən gələni etdiyinə tam əminəm, çünki bu sahədə kifayət qədər təcrübəm var. Lakin təəssüf ki, müxtəlif instansiyalardan, o cümlədən bəzi akademik dairələrdən gələn böyük təzyiqlər və müraciətlər bəzən onun işini çətinləşdirir. Bu qədər saxta akademik rəylərə və təsir cəhdlərinə baxmayaraq, Famil müəllim elmi mühitin saxtakarlıqdan təmizlənməsi və müdafiə prosedurlarının ədalətli keçirilməsi üçün qətiyyətlə çalışır".
Aftv.az
AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."
Cəmiyyət
4, noy, 2024
14:14
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00