Azərbaycan ərazisində oktyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Aftv.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qeyd edilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.v