Paytaxta yağan güclü yağışlar nəticəsində ortaya çıxan mənzərə bir çox müzakirəli məsələləri gündəmə gətirib. Yağıntılar nəticəsində fəsadlarla üzləşən Bakının bu vəziyyətə düşməsinin səbəbkarları saymaqla bitmir. Siyahıda çoxlarının adı hallansa da, ən çox diqqət Bakı Şəhər İcra Hakimiyyətinin üzərindədir.
Pravda.az xəbər verir ki, Meriyanın fəaliyyəti ilə bağlı müzakirələrdə ta paytaxtın sabiq meri Hacıbala Abutalıbovun dövründən bəri 17 ildir, “söküntü işlərinə baxan” Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov yenidən gündəmə gəlib.
Fəaliyyətə başladığı illərdən bu günə qədər Bakı sakinlərinin “ev yıxan, ev dağıdan, adamların evini başına uçurdan” kimi tanıdıqları “buldozer” ləqəbli Zülfəli İsmayılovun da yağıntılar zamanı baş qaldıran problemlərdə məsuliyyət daşıdığı bildirilir.
İsmayılovun adını axtarışa verdikdə onun fəaliyyəti barəsində ölkə mediasında müsbət fikirə rast gəlmək mümkün deyil. Mətbuatda yayılan xəbərlərdə onun “söküntü işlərindəki məharəti” nəticəsində milyonlar qazandığı deyilir. Xatırlatmaq yerinə düşər ki, Bakıda 2010-cu illərin əvvəllərində “Basin” adlanan Füzuli küçəsində də, 2014-cu illərin sonlarında “Sovetski” adlanan ərazidə də qalmaqallı söküntü işləri Zülfəli İsmayılov rəhbərliyi və nəzarəti ilə aparılıb.
Çox uzağa getməyək. İsmayılov 2022-ci ildə Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın söküntüsü zamanı nərə çəkərək sakinlərin evini başlarına uçurmuş, “evyıxan məmur” görüntüsü ilə də gündəmə gəlmişdi. O, əksər söküntü işlərini məhkəmə qərarı olmadan apardığı üçün hüquqşünaslar da dəfələrlə açıqlamalarında bildiriblər ki, buna yol verən şəxslər Cinayət Məcəlləsinin 186-cı “Əmlakı qəsdən məhvetmə və zədələmə” maddəsinə görə, 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Beləliklə, icra başçıları dəyişsə də, öz postunu qorumağı bacaran Zülfəli İsmayılovun aparılan yoxlamalar nəticəsində dəfələrlə həbs olunacağı ilə bağlı xəbərlər yayılsa da, o, yaxasını qurtarmağı bacarıb.
Bir müddət əvvəl Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovu mer kimi qəbul etməməsi, mer olmaq sevdasına düşməsi barədə yayılan xəbərlərlə də gündəmə gələn İsmayılov zaman-zaman özü barəsində sifarişli yazılar dərc etdirərək əməllərini pərdələməyə çalışıb. “Qazilərə, məcburi köçkünlərə, kimsəsizlərə əl tutması” haqda “bəy tərifi” yazılar, təəssüf ki, Zülfəli müəllimin “buldozer”i qədər iti ola bilməyib.
Zülfəli müəllimin fəaliyyət tarixçəsindən də görünür ki, onun tikməklə arası olmadığı üçün paytaxtımızda aparılan tikinti işlərini nəinki təftiş, heç nəzarətə ala bilməyib. Nəticədə isə göydən yağış düşən kimi şəhərdə “Titanik” effekti yaranır…
Aftv.az
Söküntü maqnatı Zülfəli İsmayılov niyə məsuliyyətə cəlb olunmur?
Cəmiyyət
25, okt, 2024
10:03
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00