Bakıya yağan intensiv yağış bir çox məsələləri yenidən gün işığına çıxardı. İctimai diqqət daha çox bu istiqamətə yönəlib: Niyə tunellərdə, küçələrdə sular bu qədər yığılır? Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə deyib ki, işlər görülərkən qüsurlara yol verilib. O, bu məsələlərin araşdırılacağını bildirib.
Təəssüf ki, bu yağıntı faciə ilə nəticələndi. Sabunçu rayonu ərazisindəki tuneldə iki nəfər boğularaq öldü.
Məlumata görə, tuneli tikən “Körpü Bina Tikinti” MMC-dir. MMC-nin direktoru Xəlil Göyüşovla bağlı mediada məlumatlar yayılıb. Bildirilir ki, onun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avro dəyərindəki ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.
Bu məlumat təsdiqlənsə, ata-oğul Göyüşovların fəaliyyətləri araşdırıla bilərmi? Bu fakt hüquq mühafizə orqanlarının araşdırmasına səbəb olarmı?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, bir çox media orqanlarında yağış sularının toplanması nəticəsində “qanlı göl”ə çevrilən Sabunçu tunelinin 2019-cu ildə inşa edildiyini göstərilir:
“Halbuki, bu faciəvi hadisəyə obyektiv qiymət vermək üçün “Körpü Bina Tikinti” MMC-nin təsis olunduğu gündən aldığı sonuncu layihəyə qədər geniş zaman kəsimini incələmək lazımdır. Əks halda, hadisəni düzgün analiz etmək, onun arxasında kimlərin dayandığını ortaya çıxarmaq olmaz. “Körpü Bina Tikinti” MMC-nin rəsmi səhifəsində bu barədə deyilir: “25 ildən artıqdır ki, Azərbaycanda və digər ölkələrdə avtomobil yollarının salınması ilə məşğul oluruq”. Doğrusu, 2001-ci ildə təsis olunan bir şirkətin 2024-cü ilə qədər keçən 23 il ərzində necə 25 illik yol salınması təcrübəsindən danışması mənim üçün də qaranlıqdır. Ümid edirəm ki, onun fəaliyyətini araşdıracağını gözlədiyim istintaq orqanları bu qaranlıq məsələyə də işıq tutacaq. Şirkətin özü barədə “tarixöncəsi” əfsanələr uydurmasına baxmayaraq, onun barəsində bilinən bir həqiqət var. “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis olunub və 2004-cü ildən milyonluq layihələr almağa başlayıb.
Bəs 2004-cü il tarixi sizə nəyisə xatırladırmı? Yəqin ki, keçmiş MTN-nin rəhbəri Eldar Mahmudovun da məhz həmin tarixdə vəzifəyə gətirildiyini bilməmiş olmazsınız. O Eldar Mahmudov ki, Azərbaycanın demək olar bütün iş adamlarını soymaqla məşğul idi. Onun dövründə cəmi bir neçə şirkət parladı ki, bunlardan biri də “Körpü Bina Tikinti” MMC-dir. İddialara görə, şirkətin təsisçisi Xəlil Göyüşov “MTN işi”ndə ən çox adı hallanan və hazırda xaricə sığınan “Akula Akif”in adamı olub. Böyük tenderlərin “udulmasını” və icra hakimiyyətləri ilə bazarlıqları Çovdarov həyata keçirsə də, vəsaitlərin nağdlaşdırılaraq mənimsənilməsi “Akula Akif”in nəzarətində olub. Onun əsas pulyığanı və donoru isə Xəlil Göyüşov idi. Sözsüz ki, bu qədər güclü arxası olan və mənimsədiyi milyonlarla vəsaiti öz “patron”ları ilə bölüşən Xəlil Göyüşov həyata keçirdiyi tikintiləri başdansovdu həyata keçirməli idi. Və yığdığı pulları isə Azərbaycanda saxlaya bilməzdi. Çünki bir gün Bakıya leysan yağanda onun bütün icraatları ortaya çıxacaq və qanunsuz yolla mənimsədikləri əlindən alınacaqdı”.
O ki qaldı Xəlil Göyüşovun oğlu Ramizə, Heydər Oğuzun fikrincə, atasının gül balası hələ Bakıda olarkən lüks həyatı və israfçılığı ilə gözə batırdı:
“Hətta mətbuatda gedən yazılarda Ramiz Göyüşovun əsgərlikdə ola-ola Bakının ən bahalı restoranlarında dostları ilə kef məclisi qurduğundan danışılırdı. Haqqında başqa-başqa məlumatlar da yayımlanırdı. İndi də onun sorağı Almaniyanın Hamburq şəhərindən gəlir. Təbii ki, əsgərliyini belə bar-restoranlarda keçirən bir gəncdən başqa nəsə gözləmək olmazdı. Açığını deyim ki, mən bu məsələdə nə Xəlil Göyüşovu, nə də onun atasının “gül balasını” günahlandırıram. Onlar hələ də azadlıqdadırsa, deməli, ölkəmizin hüquq-mühafizə orqanları işlərini düzgün qurmayıblar. Ümid edirəm ki, heç olmasa, leysan faciəsindən sonra müvafiq qurumlar öz səhvlərini düzəldər, yollarımızı çaya, körpü altı tunellərimizi “qanlı göllər”ə çevirənlərin hamısı və onların himayədarları məsuliyyətə cəlb olunar”.
Sabunçu rayonu, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunelin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC, tikinti işlərini aparan isə “Körpü Bina Tikinti” MMC olub. Tunelin açılışı 2020-ci ilin martın 13-də baş tutub. Açılış mərasimində qırmızı lenti “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.
Tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
Aftv.az
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Cəmiyyət
24, okt, 2024
11:07
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02